12 
İyl
2018
18:32
177
80
1499
Virtual karabakh

İlham Əliyev monteneqrolu həmkarını təbrik edib

Azərbaycan prezidenti İlham Əliyev Monteneqronun prezidenti Milo Cukanoviçə təbrik məktubu göndərib.

Oxu.Az xəbər verir ki, təbrik məktubunda deyilir: 

“Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, Azərbaycan ilə Monteneqro arasındakı dostluq əlaqələri, qarşılıqlı maraq doğuran əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Monteneqro xalqına daim sülh və firavanlıq arzulayıram”.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri