13 
İyl
2018
14:49
876
206
8334
Virtual karabakh

İlham Əliyev: Bu cinayətkarlar müsəlman deyillər

13 İyl, 2018
14:49
8334

İlham Əliyev: Bu cinayətkarlar müsəlman deyillər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İyulun 3-də və 10-da Gəncədə törədilmiş cinayət aktları dövlətçiliyə qarşı törədilmiş cinayətlərdir.

Oxu.Az xəbər verir ki, bu sözləri prezident İlham Əliyev hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə keçirilən iclasda bildirib. 

Dövlət başçısı qeyd edib ki, bu terror aktları nəticəsində iki polis əməkdaşı həlak olub, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı isə yaralanıb.
 
“Bu cinayəti törədən terrorçu qruplaşma Azərbaycanda sabitliyi pozmaq istəyir. Bu cinayətlərin əsas məqsədi bundan ibarətdir: cəmiyyətdə gərginlik yaratmaq və cəmiyyətimizi qorxutmaq. Bu terror aktları dini şüarlar altında törədilib.

Bu özlüyündə İslam dininə qaşrı ən böyük cinayətdir, çünki İslam sülh dinidir, mərhəmət dinidir. Azərbaycan dövləti və xalqı öz milli dini dəyərlərini daim qoruyur. Azərbaycan İslam mədəniyyətini dünyada ən çox təbliğ edən ölkələrdən biridir”, - deyə, prezident İlham Əliyev bəyan edib.

İlham Əliyevin sözlərinə görə, törədilmiş cinayəti İslam dini ilə bağlamaq istəyənlər dinə qarşı ən böyü cinayət törədiblər:

“Bu cinayətkarlar müsəlman deyillər. Bu cinayətlər cavabsız qalmır. Cinayətkarlar və onların arxasında dayananlar heç vaxt öz məkrli arzularına çata bilməyəcəklər. Azərbaycan dövləti və Azərbaycan xalqı buna imkan verməyəcək. Bütün Azərbaycan xalqı bu qanlı cinayətləri birmənalı olaraq pislədi və bu cinayətləri törədənlərə qarşı öz nifrətini ifadə etdi”.

Prezident qeyd edib ki, Azərbaycana qarşı müstəqillik illərində bir neçə belə cinayət törədilib, onlar niyyətlərinə çatmayıb:

“Çünki Azərbaycanda xalq-iqtidar birliyi var. Xalq-iqtidar birliyinə nə xarici, nə də hər hansı daxili qüvvə təsir edə bilər. Azərbaycanın müasir tarixi bunu sübut edir. Kim bizə qarşı çirkin niyyətlərlə hərəkət edirsə, bu niyyətlərinin qurbanı olur. Azərbaycanda təhlükəsizlik ən yüksək səviyyədə təmin edilib”.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri