13 
İyl
2018
16:21
118
86
2412
Virtual karabakh

XİN: Ermənistan hökuməti ucuz vasitələrə əl atır

13 İyl, 2018
16:21
2412

XİN: Ermənistan hökuməti ucuz vasitələrə əl atır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistan KİV-nin Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin hər hansısa bir sənədinin BMT-nin saytında yerləşdirilməsi barədə xəbəri yalan və dezinformasiyadan başqa bir şey deyildir.

Bu barədə Oxu.Az-a Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, Ermənistanın yeni hakimiyyəti bu kimi ucuz vasitələrlə ilk növbədə Ermənistan ictimaiyyətini aldatmağa çalışır:

“Bu kimi yalanlar ifşa olunduqca Ermənistanın dövlət media resursları xəbərin başlığını redaktə edərək yeni formada verməyə çalışırlar. Ermənistanın BMT yanında Daimi Nümayəndəliyi üzv dövlət olaraq məktubla müraciət edir və bu məktubun əlavəsi kimi qondarma rejimə aid hər hansısa bir kağız parçasını əlavə edir. Ermənistanın bu hərəkəti BMT üzv dövlətlərinə, BMT nizamnaməsinə hörmətsizlikdir. Təyinatına gəldikdə isə bu kimi kağız parçaları BMT-də ətraf mühiti qorumaq üçün makulatura məqsədilə istifadə olunur”.

Qeyd edilir ki, Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi BMT-nin katibliyi və BMT üzv dövlətlərini Ermənistanın bu kimi qeyri-ciddi fəaliyyəti barədə məlumatlandırıb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri