17 
İyl
2018
10:31
12
98
1652
Virtual karabakh

Amaşov: KİV dövlət qeydiyyatından keçməlidir

17 İyl, 2018
10:31
1652

Amaşov: KİV dövlət qeydiyyatından keçməlidir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Kütləvi informasiya vasitələri haqqında” qanuna düzəliş edilməli, KİV-lərin təkrar qeydiyyatı aparılmalı, internet media resurslarının KİV olaraq dövlət qeydiyyatından keçmələri təmin olunmalıdır.

Oxu.Az xəbər verir ki, bunu millət vəkili, Azərbaycan Mətbuat Şurasının (AMŞ) sədri Əflatun Amaşov deyib.

O qeyd edib ki, Azərbaycan mediası peşəkar mediadır, ancaq suların durulmasına ehtiyac var:

“Hesab etsək ki, ölkədə beş mindən artıq KİV reyestrə alınıb, eyni zamanda, KİV kimi fəaliyyət göstərən internet media resurslarının sayı da durmadan artır, yaranmış durumun peşəkarlıq baxımından yüksək qiymətləndirilməsi mümkünsüzdür.

Əslində, gerçək jurnalistika nə qədər ciddi resursa malik olsa da, çoxluğun yaratdığı ab-hava həqiqi media təmsilçilərinə baxışa da təsir göstərir. Baxış isə, haqlı olaraq, mənfidir. Biz çalışmalıyıq ki, bu tendensiya kökündən dəyişsin.

Bunun üçün “Kütləvi informasiya vasitələri haqqında” qanuna düzəliş edilməli, KİV-lərin təkrar qeydiyyatı aparılmalı, internet media resurslarının KİV olaraq dövlət qeydiyyatından keçmələri təmin olunmalıdır”.

Şura sədrinin sözlərinə görə, ümumən bu sahəyə nəzarət gücləndirilməlidir:

“Ayrıca media peşəkarlığı institutu formalaşdırılmalıdır. Redaksiyaların texniki bazası daha da gücləndirilməlidir. KİV-lər üçün reklam mühiti olmalıdır. Bizi tam peşəkarlığa çatmaq üçün məhz bu tədbirlər gözləyir.

Sözüm ondadır ki, peşəkarlıq özünü yalnız ayrı-ayrı fərdlərin ortaya qoyduqları məhsullarda göstərməməli, sahənin özünə peşəkar yanaşılmalıdır”.

Kamil HƏMZƏOĞLU
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri