20 
İyl
2018
16:40
500
129
4972
Virtual karabakh

İlham Əliyev Fransada görüşlər keçirir - FOTO + YENİLƏNİB

20 İyl, 2018
16:40
4972

İlham Əliyev Fransada görüşlər keçirir - FOTO + YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Prezident İlham Əliyevi Milli Assambleyanın sədri Fransua de Rüji qarşılayıb.

Oxu.Az-ın xəbərinə görə, dövlət başçısı və Milli Assambleyanın sədri fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Prezident İlham Əliyev və Milli Assambleyanın sədri Fransua de Rüji birgə foto çəkdirdiriblər.

Görüşdə Azərbaycan ilə Fransa arasında ikitərəfli münasibətlərin, o cümlədən parlamentlərarası əlaqələrin uğurla inkişaf etməsindən məmnunluq ifadə olunub.

Prezident İlham Əliyevin Fransaya bu səfərinin əlaqələrimizin genişləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb.

Dövlət başçısı Fransaya bu səfəri çərçivəsində bir çox şirkətlərin rəhbərləri ilə görüşlərini qeyd edib, Azərbaycan ilə Fransa arasındakı uğurlu əməkdaşlığın həmin şirkətlərlə layihələrin həyata keçirilməsinə zəmin yaratdığını deyib.

Prezident İlham Əliyev Azərbaycan ilə Fransanın 15 şəhərinin qardaşlaşdığını qeyd etdi. Dövlətimizin başçısı vurğulayıb ki, bu, ölkələrimiz arasında münasibətlərin səviyyəsini göstərir və regionlar arasındakı təmasların inkişaf etməsinə imkanlar açır.

Görüşdə, həmçinin Azərbaycan-Fransa əlaqələrinin Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı baxımından önəmi qeyd edilib.

Söhbət zamanı ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni sahələrdə münasibətlərin inkişafı, bu sahələrdə gələcək layihələrin reallaşdırılması məsələləri ətrafında fikir mübadiləsi aparıldı, Azərbaycanın Fransada daha geniş tanıdılması istiqamətində işlərin genişləndirilməsinin zəruriliyi vurğulanıb.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında müzakirələr aparılıb.

14:53

İyulun 20-də Parisdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fransa Milli Assambleyasının sədri Fransua de Rüji ilə görüşü olub.

Oxu.Az xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

13:24

İyulun 20-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Parisdə Fransanın SADE şirkətinin prezidenti Patrik Lölo ilə görüşüb.

Oxu.Az xəbər verir ki, görüşdə SADE şirkətinin Azərbaycanda “Ağıllı Şəhər” layihəsində və meliorasiya sahəsində fəaliyyətindən məmnunluq ifadə olunub.

Patrik Lölo bildirib ki, SADE Azərbaycanda fəaliyyətini bundan sonra da davam etdirmək niyyətindədir.

Prezident İlham Əliyev SADE şirkətinin Azərbaycanda fəaliyyətinin dəstəkləndiyini qeyd edib.

Dövlət başçısı vurğulayıb ki, meliorasiya sahəsi Azərbaycan üçün prioritet istiqamətlərdəndir.

Görüşdə əməkdaşlığın perspektivləri müzakirə olunub.

12:12

İyulun 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Parisdə “CIFAL” qrupunun prezidenti Jil Remi ilə görüşü olub.

Oxu.Az xəbər verir ki, görüşdə Azərbaycan-Fransa işgüzar dairələrinin əməkdaşlığı, birgə layihələrin icrası, investisiya qoyuluşu məsələləri və digər sahələrdə əlaqələrin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycan Prezidenti həmçinin Parisdə “Bouygues Travaux Publics” şirkətinin baş icraçı katibinin müavini Mark Adler ilə görüşüb.

Fransanın Azərbaycanda fəaliyyət göstərən ən böyük şirkətlərindən biri olan “Bouygues Travaux Publics” şirkətinin baş icraçı katibinin müavini Mark Adler təmsil etdiyi qurumun ölkəmizdə nəqliyyat, inşaat, metro tikintisi sahələrində işləməkdə maraqlı olduğunu bildirib.
Prezident İlham Əliyev bunu yüksək qiymətləndirdi və əməkdaşlığın bundan sonra da davam edəcəyinə əminliyini ifadə edib.

11:13

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev iyulun 20-də Parisdə “Thales International” şirkətinin baş vitse-prezidenti Rafael Eskinazi ilə görüşüb.

Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb.

11:09

İyulun 20-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Parisdə “Rothschild and Co” şirkətinin sədri Devid de Rotşild ilə görüşüb.

Oxu.Az xəbər verir ki, görüşdə Azərbaycan ilə “Rothschild and Co” şirkəti arasında əməkdaşlıqla bağlı məsələlər müzakirə edildi, bu əməkdaşlığın bank sektorunda, özəlləşdirmə sahəsində genişləndirilməsinin zəruriliyi vurğulanıb.

Devid de Rotşild babasının vaxtilə Azərbaycanda uğurlu fəaliyyət göstərdiyini, onun da bu ənənəni davam etdirmək niyyətində olduğunu bildirib.

11:03

İyulun 20-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Parisdə “Iveco France” şirkətinin prezidenti, “Iveco Global Bus”un rəhbəri Silvan Blez ilə görüşüb.

Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri