20 
İyl
2018
11:45
31
75
3616
Virtual karabakh

Əli Hüseynli: Bir sıra qurumlar var ki, inkişafın gerisindədir

20 İyl, 2018
11:45
3616

Əli Hüseynli: Bir sıra qurumlar var ki, inkişafın gerisindədir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Vəkillər Kollegiyası son altı ay ərzində, rəhbər dəyişikliyindən sonra böyük inkişaf mərhələsi yaşayır.

Oxu.Az xəbər verir ki, bunu Milli Məclisin (MM) Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.

Onun sözlərinə görə, vəkillik institutu hər zaman Azərbaycanda mövcud olub və məhkəmə-hüquq sisteminin tərkib hissəsi kimi fəaliyyət göstərib:

“Keçmiş rəhbərliyin dövründə də bu qurum öz fəaliyyətini dövlətçilik prinsipləri üzərində qurub, davam etdirib. Amma həyat, dövr, zaman sürətlə dəyişir, inkişaf edir. Hər bir inkişaf islahatlar tələb edir.

Elə qurumlar var ki, zamanın tələblərinə uyğun olaraq dəyişir, inkişaf edir, elə qurumlar da var ki, zamanın, inkişafın gerisində qalır.

Amma tam məsuliyyətlə demək olar ki, Vəkillər Kollegiyası son aylar göstərdiyi fəaliyyətlə islahatlar prosesini qabaqlayıb. Vəkillər Kollegiyası böyük inkişaf mərhələsindədir və bunu hər addımda hiss etmək mümkündür”.

Komitə sədri təxminən bir il öncə ölkədə vəkillik təsisatının gücləndirilməsi istiqamətində atılan bir addımı da xatırladıb:

“Bildiyiniz kimi, bir il öncə ölkədə nümayəndəlik institutu ilə bağlı qanunvericiliyə dəyişiklik edildi. Yəni, həmin vaxt Ali Məhkəmənin sədrinin imzası ilə parlamentə qanun layihəsi daxil oldu, məhkəmə poseslərində nümayəndəlik funksiyasını yetirən şəxslərin səlahiyyətlərinin ləğv edilməsi istənildi.

O zaman bu məsələyə ciddi etiraz, parlamentin özündə belə opponentlik edənlər oldu. Ancaq biz o vaxt bunu haqlı tələb hesab etdik. Yəni, istər məhkəmə hakimiyyəti, istər icra hakimiyyəti olan Prezident Administrasiyası, istərsə də qanunvericilik hakimiyyəti olaraq bizlər bu məsələdə düzgün qərar verdik.

Bu məsələ özü də ölkədə vəkillik institutunun fəaliyyətinin gücləndirilməsi istiqmətində mühüm addım oldu. Yəni, həyat bizim o zaman haqlı olduğumuzu göstərdi”. 

Komitə sədri gələcəkdə vəkillik fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunun dövrün tələblərinə uyğunlaşdırılması ilə bağlı növbəti tədbirlərin nəzərdə tutulduğunu da qeyd edib.

Kamil HƏMZƏOĞLU
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri