20 
İyl
2018
15:00
153
50
2601
Virtual karabakh

Deputat: Dünya Ermənistanın yalanlarına inanmağa borclu deyil

20 İyl, 2018
15:00
2601

Deputat: Dünya Ermənistanın yalanlarına inanmağa borclu deyil

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistan müstəqillik əldə etdikdən sonra bütün fəaliyyətini beynəlxalq aləmdə Azərbaycan və Türkiyə ilə bağlı yalan məlumatlar yaymaq, işğal etdiyi Azərbaycan torpaqlarına hüquqi status əldə etmək üzərində qurub.

Aparılmış bu qüsurlu siyasətin qonşu ölkədə 2018-ci ilin aprel hadisələrinə gətirib-çıxardığı hamıya yaxşı məlumdur. Artıq erməni cəmiyyəti hər üç əvvəlki prezidentin dövrünün ölkə üçün itirilmiş zaman olduğunu açıq etiraf edir və özünə yeni inkişaf yolu axtarır.

Oxu.Az xəbər verir ki, bunu millət vəkili Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, aparılan analizlər göstərir ki, Ermənistanın yeni yol axtarışına dair bütün təkliflər Ter-Petrosyan-Köçaryan-Sarkisyan siyasətinin üz qabığını dəyişməklə mahiyyətini saxlamaqdan ibarətdir:

“Bunu bariz şəkildə erməni siyasi elitasının Azərbaycanın beynəlxalq aləmdə fəaliyyətinə verdikləri qiymətdə də görmək olar. Ölkəmizin bütün addımları Yerevanda diqqətlə izlənilir və müxtəlif dil resurslarında operativ rəy verilir.

Bu fəaliyyət Ermənistanda hakimiyyət dəyişdikdən sonra da dayanmayıb. Maraqlısı isə odur ki, hakimiyyət dəyişsə də, siyasi ştampları dəyişməyib.

Azərbaycan-Avropa münasibətləri “Avropanın Ermənistanı satması”, “demokratik tələblərin yaddan çıxması”, “Avropanın Azərbaycanın maliyyə imkanlarına aldanması” və s. iddialar Sarkisyan dövründə olduğu kimi, indi də Yerevan siyasi şərhçilərinin geniş istifadə etdiyi iddialardır. Ancaq dünyanın Ermənistanın yalanlarına inanmağa borclu olmadığı, həqiqətin özünə yer tapması isə unudulur.

Eyni zamanda, Ermənistan siyasiləri problemlərin kökündə Azərbaycan torpaqlarının bir hissəsinin işğalının durduğunu dilə gətirmək istəmirlər. Zaman udmağa, ən ideal halda isə hansısa bir möcüzə gözləməyə üstünlük verirlər”.

Kamil HƏMİDLİ
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri