Avq
2018
18:22
134
67
6760
Virtual karabakh

İlham Əliyev məşhur heykəltəraşı təltif etdi

9 Avq, 2018
18:22
6760

İlham Əliyev məşhur heykəltəraşı təltif etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Prezidenti İlham Əliyev Natiq Kamal oğlu Əliyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam hazırlayıb.

Oxu.Az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, Natiq Əliyev bu yüksək mükafata Azərbaycanda heykəltəraşlıq sənətinin inkişafında xidmətlərinə görə layiq görülüb.

Qeyd edək ki, Azərbaycanın xalq rəssamı, professor, Rusiya rəssamlıq akademiyasının fəxri üzvü Natiq Əliyev 1958-ci ildə Bakıda doğulub.

O, 1989-cu ildə Respublika Gənclər Mükafatının laureatı, 2000-ci ildə Rəssamlar İttifaqının “Sultan Məhəmməd” mükafatı, 2008-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin təsis etdiyi “Zirvə” mükafatı və 2015-ci ildə Avstriyanın I-dərəcəli “Cəngavər Ordeni” ilə təltif edilib.

Hazırda Azərbaycan Dövlət Akademiyasının professoru, heykəltəraşlıq kafedrasında emalatxana rəhbəri və akademiyanın bədii-metodiki şurasının sədri vəzifəsini daşıyır.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri