10 
Avq
2018
12:45
184
76
2743
Virtual karabakh

Emoməli Rəhmon Şəhidlər Xiyabanını ziyarət edib - YENİLƏNİB

10 Avq, 2018
12:45
2743

Emoməli Rəhmon Şəhidlər Xiyabanını ziyarət edib - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Tacikistan Respublikasının prezidenti Emoməli Rəhmon avqustun 10-da Şəhidlər Xiyabanını ziyarət edib.

Oxu.Az xəbər verir ki, Emoməli Rəhmon Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib.

Ali qonaq “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Tacikistanın və Azərbaycanın dövlət himnləri səslənib.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən ali qonağa Şəhidlər Xiyabanının tarixi və paytaxtda görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

12:24

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Tacikistan Respublikasının prezidenti Emoməli Rəhmon avqustun 10-da Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Oxu.Az prezidentin rəsmi saytına istinadən xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər güllər düzülüb.

Ali qonaq görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim, alim Tamerlan Əliyevin məzarlarının üzərinə də gül dəstələri qoyub.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri