10 
Avq
2018
14:38
221
23
4200
Virtual karabakh

Sərhəd qoşunları təlimə başladı - FOTO

10 Avq, 2018
14:38
4200

Sərhəd qoşunları təlimə başladı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi və Çevik Hərəkət Qüvvələri birgə döyüş təlimlərinə start verib.

Oxu.Az xəbər verir ki, avqustun 10-da başlayan təlimlərin əsas məqsədi Azərbaycanın Xəzərdəki neft-qaz ehtiyatlarının hasilatı və daşınması infrastrukturunun, sualtı boru kəmərlərinin mühafizəsinin təşkili səviyyəsni yüksəltməkdir.

Təlimlər zamanı dənizdə və sahildə təxribat qruplarının axtarışı və zərərsizləşdirilməsi, sualtı müşahidə sistemləri vasitəsilə hədəflərin aşkarlanması, sualtı təxribat qruplarının axtarışı və zərərsizləşdirilməsi kimi məşqlər də keçiriləcək.

Bundan başqa, DSX-nin raket-artilleriya qurğularından atışların keçirilməsi nəzərdə tutulur.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri