12 
Avq
2018
13:37
231
39
2894
Virtual karabakh

Aktauda “Xəzər beşliyi” ölkələri başçılarının görüşü başladı

12 Avq, 2018
13:37
2894

Aktauda “Xəzər beşliyi” ölkələri başçılarının görüşü başladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qazaxıstanın Aktau şəhərində Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan və İranın dövlət başçılarının görüşü başlayıb.

Oxu.Az xəbər verir ki, görüşün yekunu olaraq üzərində 22 il iş aparılan tarixi sənəd – Xəzər dənizin statusu haqqında Konvensiya imzalanacaq.

Görüş Aktaunun Dostluq sarayında keçirilir və 1,5 saat davam edəcəyi gözlənilir. Daha sonra sənədlərin imzalanması mərasimi baş tutacaq. 

Sammitdə dövlət başçıları həmçinin “Xəzər beşliyi” çərçivəsində bu formatda növbəti görüşə qədər inkişaf prioritetlərini müzakirə edəcəklər.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri