14 
Avq
2018
16:23
419
30
2691
Virtual karabakh

Türkiyə Jandarm Qüvvələrinin baş komandanı Azərbaycanda - FOTO

14 Avq, 2018
16:23
2691

Türkiyə Jandarm Qüvvələrinin baş komandanı Azərbaycanda - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun dəvətilə Türkiyə Jandarm Qüvvələrinin baş komandanı, ordu generalı Arif Çetinin başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə rəsmi səfərə gəlib.

Daxili İşlər Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, R.Usubov görüşdə rəhbərlik etdiyi qurumun Türkiyənin Daxili İşlər Nazirliyi, o cümlədən Jandarm Komandanlığı ilə münasibətlərin əməkdaşlığın genişləndirilməsinə böyük önəm verildiyini, Daxili Qoşunların formalaşmasında, ən müasir tələblərə cavab verən quruma çevrilməsində, şəxsi heyətin peşəkarlığının daha da yüksəldilməsində Türkiyə Jandarm Komandanlığının böyük xidməti olduğunu bildirib.

Nazir Türkiyə Jandarm Quvvələri Baş Komandanının ölkəmizə səfərinin əlaqələrimizin inkişafına və daha da dərinləşməsinə müsbət təsir göstərəcəyinə əminliyini ifadə edib.

A.Çetin Türkiyənin hər zaman Azərbaycanın yanında yer aldığını, ordusunun, Daxili Qoşunlarının inkişafı üçün bundan sonra da səylərini əsirgəməyəcəklərini, belə əməkdaşlığın, təcrübə mübadiləsinin qardaş xalqlarımızın və ölkələrimizin mənafelərinə xidmət etdiyini vurğulayıb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri