16 
Avq
2018
18:14
130
82
2551
Virtual karabakh

İlham Əliyev həmkarlarını təbrik edib

16 Avq, 2018
18:14
2551

İlham Əliyev həmkarlarını təbrik edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan prezidenti İlham Əliyev İndoneziya və Qabon dövlət başçılarını milli bayramları münasibətilə təbrik edib.

Oxu.Az-ın məlumatına görə, İndoneziyanın Prezidenti Coko Vidodoya ünvanlanmış məktubda deyilir:

“Hörmətli cənab Prezident, ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, Azərbaycan-İndoneziya əlaqələrinin, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İndoneziya xalqına sülh və firavanlıq arzulayıram”.

Qabonun Prezidenti Ali Bonqo Ondimbaya ünvanlanmış məktubda deyilir:

“Hörmətli cənab Prezident, Qabon Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, xalqınıza sülh və tərəqqi diləyirəm”.

www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri