18 
Avq
2018
10:55
17
92
4476
Virtual karabakh

Məktəblərlə bağlı qanun layihəsi parlamentdə müzakirələrə çıxarılacaq

18 Avq, 2018
10:55
4476

Məktəblərlə bağlı qanun layihəsi parlamentdə müzakirələrə çıxarılacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Milli Məclisin (MM) Elm və təhsil komitəsi tərəfindən “Orta ümumtəhsil müəssisələri haqqında” yeni qanun layihəsi hazırlanır.

Oxu.Az-ın parlamentdən əldə etdiyi məlumata görə, bununla bağlı yaradılmış İşçi Qrupu qanun layihəsi üzərində işlərini davam etdirir. 

Yeni qanun layihəsinin ilkin variantın parlamentin qarşıdan gələn 2018-ci il payız sessiyası ilə bağlı açdıçəkilən komitənin sentyabrda keçiriləcək ilk iclasının müzakirəsinə  çıxarılması və sessiyanın qanunvericilik işləri planına tövsiyə olunması nəzərdə tutulur.

“Payız sessiyası daha çox büdcə sessiyası olduğu üçün ola bilər ki, sənədin bütövlükdə qəbulu yaz sessiyasına qədər uzansın.

Amma onu payız sessiyasında müzakirələrə çıxarılcağı dəqiqdir.

Çünki belə bir sənədə ciddi ehtiyac var”-deyə, parlamentdən sonra bildirilib.

K. HƏMZƏOĞLU
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri