18 
Avq
2018
11:51
18
139
4613
Virtual karabakh

Məzarlıqlarla bağlı qanun layihəsindən nə xəbər var?

18 Avq, 2018
11:51
4613

Məzarlıqlarla bağlı qanun layihəsindən nə xəbər var?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Məzarlıqlarla bağlı qanun layihəsi parlamentin 2018-ci il payız sessiyaının qanunvericilik işləri planına salınacaq.

Bu haqda Oxu.Az-a parlamentdən bildirilib.

Qeyd olunub ki, Azərbaycanda məzarlıqlarla bağlı məsələ qanun layihəsi formasında hələ 2016-cı ilin sonlarında Milli Məclisə (MM) təqdim olunub, ancaq müəyyən səbəblərdən sənədin müvafiq komitələr və plenar iclas səviyyəsində müzakirəsi yubanıb.

 “Qanun layihəsinin təşəbbüskarı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsidir. Qanun layihənin hazırlanmasında komitə birbaşa və yaxından iştirak edib, sonda da sənəd parlamentə təqdim edilib.

Eyni zamanda, parlamentin Mədəniyyət komitəsi tərəfindən hələ bir xeyli müddət öncə bu yöndə, yəni, “Ziyarətgahlar, ibadət yerləri və məzarlıqlar haqqında” qanun layihəsinin hazırlanması və qəbul edilməsi təklifi, təşəbbüsü ilə çıxış edilib.

Odur ki, hər iki sənədin birləşdirilərək, payız sessiyasında ilkin variantda  komitələr səviyyəsində müzakirəyə çıxarılması və plenar iclasa tövsiyə olunması gözlənilir”, - deyə, sonra bildirilib.

K. HƏMZƏOĞLU
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri