19 
Avq
2018
18:53
383
14
3074
Virtual karabakh

Serb nazir: Türkiyəyə qarşı heç bir koalisiyada yer almayacağıq

19 Avq, 2018
18:53
3074

Serb nazir: Türkiyəyə qarşı heç bir koalisiyada yer almayacağıq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Serbiya heç bir zaman Türkiyəyə qarşı qurulacaq heç bir koalisiyanın tərkibində yer almayacaq.

Oxu.Az-ın xəbərinə görə, bunu Türkiyənin Antalya şəhərində Serbiya fəxri konsulluğunun açılış mərasimində iştirak etmək üçün adıçəkilən ölkəyə səfər edən və türk həmkarı Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransı keçirən Serbiyanın xarici işlər naziri İvica Dacic deyib.

O, bildirib ki, Türkiyə ilə Serbiya arasında son illərdə böyük əməkdaşlıq əlaqələri mövcuddur və bu əlaqələr gündən-günə inkişaf edir:

“Türkiyədə 15 iyulda dövlət çevrilişinə cəhd baş verəndə, Ərdoğana qarşı nə olacaq deyə, gözləmədik, çevriliş cəhdini dərhal qınadıq.

Ona görə bir daha buradan söyləmək istəyirəm ki, ölkəmiz heç bir zaman Türkiyəyə qarşı heç bir koalisiyada yer almayacaq”.

Kamil HƏMZƏOĞLU
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri