Sen
2018
17:52
310
22
2416
Virtual karabakh

Xorvatiya Azərbaycanda səfirlik açacaq

6 Sen, 2018
17:52
2416

Xorvatiya Azərbaycanda səfirlik açacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan NATO-nun mühüm tərəfdaşıdır. Sizin NATO-ya verdiyiniz töhfəniz vacibdir. Bildiyiniz kimi, Azərbaycan da bizim ölkə kimi müxtəlif yerlərdə təhlükəsizlik məsələlərinin həllinə, sabitliyin qorunmasına töhfə verir və bunda maraqlıdır. Burada söhbət Avropanın cənub bölgəsindən gedir.

Oxu.Az xəbər verir ki, bunu sentyabrın 6-da sənədlərin imzalanması mərasimindən sonra Xorvatiya prezidenti Kolinda Qrabar-Kitaroviç mətbuata bəyanatında səsləndirib.

“Siz Əfqanıstanda aparılan əməliyyatlara da qatılmısınız. Təhlükəsizliyə və sabitliyə verdiyiniz davamlı dəstəyə və töhfəyə görə mən Sizə təşəkkürümü bildirirəm. Sonda bildirmək istəyirəm ki, bu yaxınlarda biz qərar qəbul etdik.

Azərbaycanda bizim müvəqqəti ofisimiz bağlanır”, - deyən prezidentin sözlərinə görə, o, qərar qəbul edib ki, Bakıda Xorvatiyanın daimi səfirliyi fəaliyyətə başlasın:

“Mən bununla bağlı Azərbaycana səfir də təyin edəcəyəm”.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri