14 
Sen
2018
13:04
152
66
3874
Virtual karabakh

Səməd Seyidovdan erməni nümayəndə heyətinə cavab gecikmədi

14 Sen, 2018
13:04
3874

Səməd Seyidovdan erməni nümayəndə heyətinə cavab gecikmədi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistan tərəfindən növbəti məsuliyyətsiz bəyanatlar, fikirlər səsləndirilir. Bu gün də bunun şahidi olduq.

Oxu.Az-ın xəbərinə görə, bunu Milli Məclisin (MM) Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov adıçəkilən komitənin sentyabrın 14-də keçirilən iclasında deyib.

Komitə sədri Ermənistanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətini məsuliyyətsizlikdə ittiham edib.

“Bildiyiniz kimi, Ermənistan hakimiyyət dəyişikliyindən sonra AŞPA-da hələ də keçmiş rəhbərliyin müəyyənləşdirdiyi nümayəndə heyəti ilə təmsil olunur. İndi onlar Paşinyan hökumətinin formalaşdıracağı nümayəndə heyətində hansısa formada yenidən təmsil olunmaq üçün növbəti məsuliyyətsiz addımlara əl atıblar.

Onların verdiyi bəyanatda həqiqətə əks etdirən məqam yoxdur, hamısı tamamilə məntiqsiz ifadələrdir. Onlar Ermənistan rəhbərliyinin, Paşinyan hökumətinin məsuliyyətsiz bəyanatlarını təkrarlayır, eləcə də, Paşinyanın demək istədiklərini səsləndirirlər. Ancaq bunların heç bir faydası yoxdur”, - deyə komitə sədri əlavə edib.

Komitə sədri Paşinyanın günü-gündən nüfuzunun aşağı düşdüyünü deyib.

Kamil HƏMZƏOĞLU
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri