18 
Sen
2018
17:53
217
50
3457
Virtual karabakh

Biləsuvarda əhalinin mənzil-məişət şəraiti yaxşılaşdırılacaq

18 Sen, 2018
17:53
3457

Biləsuvarda əhalinin mənzil-məişət şəraiti yaxşılaşdırılacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Prezident İlham Əliyev Biləsuvar şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair tədbirlər haqqında Sərəncam imzalayıb.

Oxu.Az xəbər verir ki, sərəncama əsasən, Biləsuvar şəhərində istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədi ilə 48 mənzilli yaşayış binasının tikintisi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Biləsuvar Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri