19 
Sen
2018
16:26
95
41
4585
Virtual karabakh

Ekspert Paşinyanın isterikasının əsas səbəbini açıqladı

19 Sen, 2018
16:26
4585

Ekspert Paşinyanın isterikasının əsas səbəbini açıqladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistan baş naziri Nikol Paşinyanın son bəyanatı hakimiyyətə gəlməmişdən öncə səsləndirdiyi fikirlərlə müqayisədə qarışıqdır. 

Bu fikirləri Oxu.Az-a açıqlamasında “Baku Network” ekspertlər qrupunun rəhbəri Elxan Ələsgərov deyib. 

Onun sözlərinə görə, erməni liderin hazırkı bəyanatı nəinki Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə zərər verir, həmçinin Azərbaycanla münasibətlərin bütün perimetrinə zərbə vurur. 

Paşinyan hakimiyyətə gəldikdən sonra regionun bütün ölkələri ilə, o cümlədən, Rusiya, Gürcüstan və Türkiyə ilə münasibətləri korlayıb. 

“Bundan başqa, Paşinyan Qərblə münasibətləri yaxşılaşdıra bilmir. Hazırda erməni lider hakimiyyətə gəldiyi zaman ona göstərilən etimadı itirmək üzrədir”, - politoloq qeyd edib. 

E.Ələsgərovun fikrincə, Paşinyanın isterikası dəstək axtarması ilə bağlıdır. 

“O, samandan da yapışmağa hazır olan batan şəxsdir. Düşünür ki, bu cür bəyanatları ilə dəstək qazana biləcək”, - ekspert əlavə edib. 

Ə.Ş.
www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri