19 
Sen
2018
18:32
62
36
2028
Virtual karabakh

Prezident Mixail Şvıdkoy və Hüseyn Saltuk Düzyolu təltif etdi

19 Sen, 2018
18:32
2028

Prezident Mixail Şvıdkoy və Hüseyn Saltuk Düzyolu təltif etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Prezidenti İlham Əliyev sovet və Rusiya teatr tənqidçisi, teatrşünas, ictimai və dövlət xadimi Mixail Şvıdkoyu təltif edib.

Oxu.Az xəbər verir ki, dövlət başçısının rəsmi saytına dərc olunmuş sərəncama əsasən, Şvıdkoy “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə mükafatlandırılıb.

O, bu mükafata Azərbaycan və Rusiya Federasiyası arasında mədəni əlaqələrin inkişafında səmərəli fəaliyyətinə görə layiq görülüb.

Bundan başqa, dövlət başçısının digər bir sərəncamı ilə Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) layihəsinin vaxtında və keyfiyyətlə icra olunmasında xidmətlərinə görə layihənin Baş icraçı direktoru Hüseyn Saltuk Düzyol “Dostluq” ordeni ilə təltif olunub.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri