21 
Sen
2018
15:01
293
115
3857
Virtual karabakh

Prezident cüdo üzrə dünya çempionatının açılışında - YENİLƏNİB

21 Sen, 2018
15:01
3857

Prezident cüdo üzrə dünya çempionatının açılışında - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda, Milli Gimnastika Arenasında cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilir.

Oxu.Az xəbər verir ki, mərasimdə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri, Beynəlxalq Cüdo Federasiyasının prezidenti Maruis Vizer, dövlət və hökumət rəsmiləri iştirak edirlər.

Əvvəlcə Azərbaycanın tarixi abidələri, idmanın, o cümlədən cüdonun inkişafı, ölkəmizdə keçirilən beynəlxalq idman yarışları ilə bağlı videoçarx nümayiş olunub.

Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev və Beynəlxalq Cüdo Federasiyasının prezidenti Maruis Vizer mərasimdə çıxış ediblər.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev cüdo üzrə dünya çempionatını açıq elan edib. Azərbaycan Respublikasının və Beynəlxalq Cüdo Federasiyasının himnləri səsləndirilib.

14:38

Bakıda, Milli Gimnastika Arenasında cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilir.

Oxu.Az xəbər verir ki, mərasimdə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri, Beynəlxalq Cüdo Federasiyasının prezidenti Maruis Vizer, dövlət və hökumət rəsmiləri iştirak edirlər.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri