22 
Sen
2018
22:58
754
245
4624
Virtual karabakh

Leyla Əliyeva Beynəlxalq Sülh Günü ilə bağlı tədbirdə - FOTO

22 Sen, 2018
22:58
4624

Leyla Əliyeva Beynəlxalq Sülh Günü ilə bağlı tədbirdə - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə Dənizkənarı Milli Parkda Beynəlxalq Sülh Gününə həsr olunan tədbir keçirilib.

Oxu.Az xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Azərbaycanın insan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova tədbirdə iştirak ediblər.

L.Əliyeva Beynəlxalq Sülh Gününə həsr olunan əl işlərindən ibarət sərgiyə baxıb, onların müəllifləri ilə söhbət edib, əsərlərin yaradılması prosesi ilə maraqlanıb, onlara gələcək yaradıcılıq fəaliyyətlərində uğurlar arzulayıb. 

Leyla Əliyeva BOCCIA İdman Federasiyasının idmançıları ilə də görüşüb. O, uşaqlarla birlikdə bütün dünyada sülh rəmzi olan göyərçinləri səmaya buraxıb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri