24 
Sen
2018
22:01
64
160
2335
Virtual karabakh

Məmmədyarov Trampın təşəbbüsü ilə keçirilən tədbirə qatıldı

24 Sen, 2018
22:01
2335

Məmmədyarov Trampın təşəbbüsü ilə keçirilən tədbirə qatıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ABŞ prezidenti Donald Trampın təşəbbüsü ilə təşkil olunmuş “Dünyada narkotiklər probleminə qarşı fəaliyyətə dair Qlobal Çağırış” adlı tədbirdə iştirak edib.

XİN-in mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, tədbirdə Donald Tramp və BMT baş katibi Antonio Quterreş çıxış edərək narkotiklər probleminin dünyada yaratdığı sosial, iqtisadi, humanitar və təhlükəsizlik risklərinə dair məlumat verib və BMT üzv dövlətlərini “Dünyada narkotiklər probleminə qarşı fəaliyyətə dair Qlobal Çağırış” adlı sənədə qoşulmağa dəvət ediblər.
 
Azərbaycan Respublikasının da qoşulduğu sözügedən sənəd BMT-yə üzv dövlətləri narkotik vasitələrdən istifadənin azaldılması, onların qanunsuz dövriyyəsinə qarşı mübarizə və qeyd olunan istiqamətlər üzrə beynəlxalq əməkdaşlığın gücləndirilməsinə çağırır.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri