25 
Sen
2018
10:02
11
110
1884
Virtual karabakh

Payız sessiyasının vaxtı və gündəliyi bəlli oldu

25 Sen, 2018
10:02
1884

Payız sessiyasının vaxtı və gündəliyi bəlli oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Milli Məclisin (MM) 2018-ci il payız sessiyasının keçirilmə tarixi bəlli olub.

Oxu.Az-ın xəbərinə görə, payız sessiyasının ilk plenar iclası gələn həftənin birinci günü - oktyabrın 1-də keçiriləcək.

Qeyd edək ki, payız sessiyasının ilk plenar iclasının gündəliyi də açıqlanıb. İclasın gündəliyinə 62 məsələ daxildir.

Bunlar “Azərbaycan Respublikasının İsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında”, “Normativ hüquqi aktlar haqqında”, Aviasiya haqqında”, “İstesalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında”,  “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimləməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında”, “Standartlaşdırma haqqında”, “Yaşıllıqların mühafizəsi haqqında”, “Vəkil və vəkillik fəaliyyəti haqqında”  və s. qanunlara dəyişiklik layihələridir.

İclasda İnzibati Xətalar, Mənzil, Mülki, Vergi, Gömrük məcəllələrinə dəyişiklik layihələrinə də baxılacaq.

Qeyd edək ki, bu sessiyadan etibarən yeni qanun layihələri ilə yanaşı, qanunlara dəyişikliklər üç oxunuşdan keçirilərək, qəbul olunacaq.

Kamil HƏMZƏOĞLU
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri