25 
Sen
2018
15:10
466
147
9638
Virtual karabakh

Vladimir Putin Azərbaycana nə ilə gəlir? - ŞƏRH

25 Sen, 2018
15:10
9638

Vladimir Putin Azərbaycana nə ilə gəlir? - ŞƏRH

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya prezidenti Vladimir Putinlə Azərbaycan prezidenti İlham Əliyev arasında Bakıda baş tutacaq danışıqlar iki ölkə arasında vacib iqtisadi əməkdaşlıq məsələlərinə və regionun geosiyasi vəziyyətinə həsr olunacaq. 

Oxu.Az “Vestnik Kafkaz”a istinadla xəbər verir ki, bu fikirləri İzborsk klubunun sədri Aleksandr Proxanov və Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov deyib. 

Rusiya liderinin İlham Əliyevlə Soçidə keçirdiyi görüşdən 24 gün sonra Azərbaycana səfərini şərh edən Aleksandr Proxanov Rusiyanın Azərbaycanla iqtisadi və siyasi sahələrdə əlaqələri möhkəmləndirməsində maraqlı olmasına diqqət çəkib. 

“Prezidentlərin bu cür tez-tez görüşməsi onu deyir ki, Rusiya və Azərbaycan arasında münasibətləri intensivləşdirmək lazımdır. Çünki Rusiya-Türkiyə-İran aylansı birbaşa və ya dolayısı ilə Rusiyanın Azərbaycanla əməkdaşlığını özündə birləşdirir, Azərbaycan isə bu birliyin iştirakçısı hesab edilir”, - o deyib. 

Həmçinin, İzborsk klubunun sədri Ermənistanın qərbyönümlü siyasəti ilə əlaqədar Azərbaycanın Rusiya üçün əhəmiyyətinin artdığını vurğulayıb. 

“Ermənistandakı vəziyyət Rusiyanı gizli şəkildə narahat edir. Bu səbəbdən Rusiyanın Azərbaycana marağı artıb. Ehtimal edirəm ki, bu məsələ bu gün keçiriləcək Əliyev-Putin görüşündə də müzakirə ediləcək”, - Proxanov bildirib. 

Sergey Markov da Putinlə Əliyev arasında keçiriləcək görüşdə erməni mövzusunun müzakirə ediləcəyini qeyd edib. 

“Bir tərəfdən, prezidentin forum zamanı Bakıya səfəri onu deməyə əsas verir ki, Rusiya və Azərbaycan arasında əlaqələr müsbət notdadır və inkişaf edir. 

Digər tərəfdən isə, bu, Ermənistan üçün misaldır, çünki hazırda Moskva və Yerevan arasındakı münasibətlər çox gərgindir və mənə elə gəlir ki, Putinin bu səfəri Ermənistanın hazırkı rəhbərliyinin ölkəni təhlükəli zonaya salması mesajıdır”, - o deyib. 

“Görüş zamanı iqtisadi əməkdaşlıq, Xəzər dənizi ilə əlaqələr, nəqliyyat layihələri və hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə ediləcək. 

Bundan başqa, liderlər regiondakı vəziyyət ətrafında fikir mübadiləsi aparacaqlar, çünki ABŞ Azərbaycanın qonşusu olan İrana təzyiq edir, bu isə Bakı üçün riskdir.

Vladimir Putin dünya siyasətinin əsas iştirakçılarındandır, İlham Əliyev isə çox təcrübəlidir”, - Markov əlavə edib. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri