Okt
2018
13:17
61
235
3590
Virtual karabakh

Oqtay Əsədov deputatların yarımçıqlığından şikayətləndi

1 Okt, 2018
13:17
3590

Oqtay Əsədov deputatların yarımçıqlığından şikayətləndi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Millət vəkili Qüdrət Həsənquliyev ingilis dilinin tədrisi ilə bağlı  parlamentdə məsələ qaldırıb.

Oxu.Az-ın xəbərinə görə, millət vəkili payız sessiyasının ilk iclasında çıxışı zamanı deyib ki, bu gün ingilis  dili beynəlxalq dildir, ancaq Azərbaycanda bu dilin öyrənilmə səviyyəsi yetərli deyil:

“Xüsusilə də, beynəlxalq tədbirlərdə iştirak zamanı bu məsələdə ciddi problemlər yaranır. Gürcülər və ermənilərlə müqayisədə bizimkilər bu dildə yaxşı danışa bilmirlər”.

Deputata cavabında isə spiker Oqtay Əsədov bunları bildirib: 

“Mən bir müddət əvvəl parlamentdə  ingilis dilinin öyrənilməsi ilə bağlı təşəbbüslə çıxış etdim. Amma kurslar açılmasına baxmayaraq, öyrənməyə gedən olmadı. Kurslar yarımçıq qaldı…”.

Kamil HƏMZƏOĞLU
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri