10 
Okt
2018
14:26
11
127
2015
Virtual karabakh

Lebedev Azərbaycan və Ermənistan liderlərinin görüşü haqqında

10 Okt, 2018
14:26
2015

Lebedev Azərbaycan və Ermənistan liderlərinin görüşü haqqında

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan və Ermənistan prezidentləri arasında Düşənbədə keçirilən MDB liderlərinin sammiti çərçivəsində baş tutan görüş Dağlıq Qarabağda gərginliyi azaldıb. 

Oxu.Az “İnterfaks”a istinadla xəbər verir ki, bu fikirləri MDB icraiyyə komitəsinin baş katibi Sergey Lebedev deyib. 

“Mən Azərbaycan prezidenti İlham Əliyevin və Ermənistan baş naziri Nikol Paşinyanın bir-birinə yaxınlaşdığının və Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə etdiyinin şahidi oldum. Hazırda münaqişə zonasında gərginlik azalıb”, - Lebedev Minskdə jurnalistlərə bildirib. 

Onun sözlərinə görə, hər iki ölkədə gərginliyin azaldılması üçün səlahiyyətli qurumlara müvafiq göstərişlər verilib. 

“Biz ümid edirik ki, iki ölkə rəhbəri bu ilk məzmunlu təmasını davam etdirəcək, bu da Dağlıq Qarabağ münaqişəsinin həlli baxımından müsbət nəticələr verəcək”, - Lebedev əlavə edib.

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri