11 
Okt
2018
16:56
341
15
1313
Virtual karabakh

XİN: Almaniya Qarabağı Azərbaycanın tərkib hissəsi hesab edir

11 Okt, 2018
16:56
1313

XİN: Almaniya Qarabağı Azərbaycanın tərkib hissəsi hesab edir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Almaniya Federativ Respublikası (AFR) hökuməti Almaniya Bundestaqından ona ünvanlanan suala cavabında AFR hökumətinin Ermənistan silahlı qüvvələrinin nəzarətində yerləşən Dağlıq Qarabağ regionu və yeddi ətraf rayonu Azərbaycanın tərkib hissəsi hesab edir və AFR hökuməti qondarma “Dağlıq Qarabağ Respublikasını” tanımır.

Bu barədə Oxu.Az-a açıqlamasında Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyib.

XİN rəsmisi xatırladıb ki, Almaniya Federal kansleri Angela Merkel ölkəmizə səfəri çərçivəsində eyni mövqeyi səsləndirərək Ermənistan-Azərbaycan münaqişəsinin BMT-nin Təhlükəsizlik Şurasının qərarları əsasında həlli səylərini dəstəklədiklərini vurğulayıb.

“ABŞ dövlət katibinin köməkçisinin müavini Corc Kent Bakıya səfəri zamanı ABŞ-ın münaqişənin həlli ilə bağlı mövqeyini bir daha təkrar edərək, bu xüsusda münaqişənin BMT Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsi əsasında həllinin dəstəkləndiyini bəyan edib.

Hər iki bəyanat, beynəlxalq ictimaiyyətin Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin sonuncu iclasında səsləndirdiyi kimi, münaqişənin beynəlxalq hüququn norma və prinsipləri, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində həllini dəstəklədiyini bir daha təsdiq edir”, - deyə o qeyd edib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri