18 
Okt
2018
19:22
26
106
2404
Virtual karabakh

Məmmədyarov Kasellati ilə görüşdü

18 Okt, 2018
19:22
2404

Məmmədyarov Kasellati ilə görüşdü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xarici işlər naziri Elmar Məmmədyarov İtaliya Respublikası Senatının sədri Maria Elisabetta Alberti Kasellatinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. 

XİN-in mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, İtaliya senatının prezidenti qismində ölkəmizə səfərindən məmnunluğunu ifadə edən Maria Elisabetta Alberti Kasellati Azərbaycan prezidenti İlham Əliyev tərəfindən qəbul olunduğunu və görüş zamanı çox faydalı müzakirələrin aparıldığını qeyd edib.

Münasibətlərin cari səviyyəsini yüksək qiymətləndirən tərəflər qarşılıqlı səfər və görüşlərin keçirilməsinin ikitərəfli əlaqələrin genişlənməsi üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar. Bu xüsusda, tərəflər Azərbaycan və İtaliya arasında dostluq əlaqələrinin daha da inkişafında parlamentlərin fəaliyyətini yüksək qiymətləndiriblər. Həmçinin, tərəflər Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın İtaliyaya son səfərinin nəticələrindən məmnunluqlarını ifadə ediblər.

İtaliyanın Azərbaycanın strateji tərəfdaşı olduğunu qeyd edən nazir Elmar Məmmədyarov ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi üzrə aparılan köklü islahatlar barədə məlumat verərək İtaliya şirkətlərinin daha da fəal surətdə qeyri-neft sektorunda təmsil olunması üçün cəlbedici imkanların olduğunu bildirib.

Nazir Elmar Məmmədyarov Cənubi Qaz Dəhlizi və onun vacib hissələri olan TANAP və TAP layihələrinin əhəmiyyətini vurğulayıb. O, bu layihələrin gerçəkləşməsinin iqtisadi əlaqələrin daha da inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.

Son illərdə İtaliyanın Azərbaycanın ən böyük ticarət tərəfdaşlarından biri olduğunu vurğulayan tərəflər Azərbaycan-İtaliya iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti iclasının keçirilməsinin əhəmiyyətini vurğulayıb.

Həmçinin, Heydər Əliyev Fondunun İtaliyada həyata keçirdiyi layihələr təqdir olunub.

Görüşdə elm, təhsil, mədəniyyət və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri