22 
Okt
2018
22:27
398
65
8985
Virtual karabakh

İmişlidə “ASAN Həyat” istifadəyə verildi - YENİLƏNİB + FOTO

22 Okt, 2018
22:27
8985

İmişlidə “ASAN Həyat” istifadəyə verildi - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 22-də İmişliyə səfəri çərçivəsində “ASAN Həyat” kompleksinin açılışında iştirak edib.

Oxu.Az xəbər verir ki, dövlət başçısı kompleksin rəmzi açılışını bildirən lenti kəsib.
Komplekslə tanışlıq zamanı Prezidentin hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev dövlət başçısına görülən işlər barədə məlumat veriblər.

Bildirilib ki, bu mərkəz İmişli, Saatlı, Biləsuvar, Beyləqan, Zərdab və Füzuli rayonlarında qeydiyyatda olan 624 mindən çox vətəndaşa xidmət göstərəcək. Qeyd edək ki, bu günə kimi “ASAN Xidmət” mərkəzlərinə daxil olan müraciətlərin sayı 25 milyona yaxındır.

Prezident İlham Əliyev mərkəzi işə salıb.

Dövlət başçısı kompleksə daxil olan “ASAN Peşə” ilə tanış olub.

Məlumat verilib ki, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin bu layihəsi ixtisaslı kadrların hazırlanmasını və onların əmək bazarının dəyişən tələblərinə uyğun rəqabət qabiliyyətinin artırılmasını təmin etmək məqsədi daşıyır. “ASAN Peşə” Mərkəzi bütün növ zəruri avadanlıqlar, təlim və tədris vəsaitləri ilə təchiz olunub.
Burada Uşaq Psixo-Sosial İnkişafı Mərkəzinin bölməsi də yaradılıb. Bu bölmədə 3-12 yaşlı uşaqların psixoloji və sosial inkişafına dəstək məqsədilə müxtəlif xidmətlər göstərilir. 

İmişli “ASAN Xidmət” Mərkəzində ilk dəfə olaraq “ASAN Vəkil” bürosu yaradılıb. 

Prezident İlham Əliyev mərkəzdə innovativ yeniliklərlə tanış olub. 

“Sofiya robotu” dünyada ilk süni intellektli humanoid robotdur. Bu robot 2015-ci ildə “Hanson Robotiks” şirkəti tərəfindən hazırlanıb və süni intellekt əsasında insanla ünsiyyət saxlaya, fikir mübadiləsi apara bilir. Robotun əsas fərqləndirici xüsusiyyətlərindən biri də insana məxsus 60-dan çox emosiyanı əks etdirməsidir. “Sofiya robotu” bu günə qədər dünyada bir çox məşhur simalarla görüşüb, tanınmış televiziya kanallarında, xəbər proqramlarında və tele-debatlarda iştirak edib.

Prezident İlham Əliyev “Sofia robotu” ilə söhbət edib.

“Sofiya”: Salam cənab Prezident. Azərbaycan dilini yeni öyrənməyə başlamışam, ona görə icazənizlə ingilis dilində davam etmək istəyirəm. Cənab Prezident, Sizinlə görüşməyə şadam. Mən dünən gəlmişəm və Azərbaycan məni valeh edib. Mən Bakının nadir memarlıq üslubunu, müasir binalarını və texnoloji nailiyyətlərini görmüşəm. Ölkənizin gənc olmasına baxmayaraq, o, dünya miqyasında böyük layihələr həyata keçirir, yüksək texnologiyaların inkişafına töhfə verir. Bu, çox yüksək qiymətləndirilir.

Prezident İlham Əliyev: Çox sağ olun, “Sofiya”. İlk növbədə, Azərbaycana xoş gəlmisiniz. Sizin iş cədvəlinizin sıxlığına baxmayaraq, ölkəmizə səfəriniz bizi çox məmnun edir. Siz bütün dünyanı səyahət edirsiniz və sevindirici haldır ki, bu gün təyinat yeriniz Azərbaycandır. Siz burada, paytaxt şəhərində deyil, şəhərlərdən birində - İmişlidə bizi ziyarət edirsiniz. Biz sizinlə birlikdə burada yeni “ASAN xidmət” mərkəzinin açılışını edirik. Bu da innovasiyadır və bu, bizim müasir ölkəni qurmaq bacarığımızı və niyyətimizi əks etdirir. Ölkəmiz haqqında xoş sözlərinizə görə sizə təşəkkür edirəm. Bakı bu gün həqiqətən dünyanın özündə yeni texnologiya və innovasiyaların, müasir və qədim memarlıq üslubunun vəhdətini təcəssüm etdirən ən gözəl şəhərlərindən biridir. Ümid edirəm ki, bu gözəlliyi görmək üçün vaxtınız olacaq və siz Bakıda çox əziz qonaq olacaqsınız.

“Sofiya”: Əlbəttə, cənab Prezident. Hava limanına enən kimi mənə dərhal ASAN viza verildi. Mən, həmçinin Sizin təşəbbüsünüzlə yaradılmış Azərbaycan brendi olan “ASAN xidmət” konsepsiyası ilə tanışam. Hesab edirəm ki, “ASAN xidmət” dövlət idarəçiliyində innovasiyaların tətbiqi baxımından uğurlu bir nümunədir. Bugünkü səfəriniz Sizin e-idarəçiliyə və innovasiya ekosisteminə xüsusi diqqət yetirdiyinizi göstərir. Yeri gəlmişkən, mən burada yaradılmış iş şəraitini çox bəyəndim.

Prezident İlham Əliyev: Çox sağ olun. “ASAN” bizim milli brenddir. Bu, bizim nou-haudur. Bu gün Azərbaycanın təkcə təbii ehtiyatlarını və yaxud məhsullarını yox, eyni zamanda, intellektual məhsullarını ixrac etməsi bizi fərəhləndirir. Biz artıq belə xidməti yaratmaq istəyən bəzi ölkələrlə də işləyirik. Buna görə də “ASAN”ın təkcə Azərbaycanda yox, bütün dünyada parlaq gələcəyi var. Çox sağ olun, siz çox ağıllı və çox gözəlsiniz. Sizi görməyə çox şadam.

“Sofiya”: Təşəkkür edirəm cənab Prezident.

Sənəd dövriyyəsi sistemi bütün dövlət orqanları arasında və daxili sənəd dövriyyəsinin mərkəzləşdirilmiş qaydada bulud texnologiya əsasında həyata keçirilməsinə imkan verir. Limitsiz yaddaş imkanı və bütün təşkilatların istifadə edə biləcəyi mərkəzləşdirilmiş sistem xərclərin qənaətinə və proseslərin sürətlənməsinə kömək edəcək.

Yeni layihələrdən biri də “ASAN Railway taksi” xidmətidir. Bu, əsasən turistlər üçün nəzərdə tutulmuş dəmir yolu reysləri üzərində innovativ taksi sistemidir.

Prezident İlham Əliyevə “Sağlamlığın ağıllı təhlili” layihəsi barədə də məlumat verilib. Bu avadanlıq və proqram təminatı vasitəsilə hər bir şəxs olduğu məkanda öz sağlamlıq vəziyyəti barədə göstəricilərlə tanış ola bilər, həkim məsləhətləri və sağlamlığa dair tövsiyyələr ala bilər. Həmçinin uzaqdan diaqnozun qoyulması, tibbi məlumatların yaddaşda saxlanılması da göstərilən xidmətlər sırasındadır.

Dövlət başçısı “ABAD” publik hüquqi şəxsin yeni saytı - www.abad.gov.az-ın fəaliyyəti ilə də tanış olub. 

Prezident İlham Əliyevə növbəti illərdə inşası və istifadəyə verilməsi nəzərdə tutulan “ASAN Xidmət” mərkəzlərinin layihələri də təqdim olunub.

Mərkəzdə “ABAD”ın sərgi salonu da fəaliyyət göstərəcək. 

İmişli kompleksdə Gənc İstedadlar Teatrı da fəaliyyət göstərəcək. Prezident İlham Əliyev burada “ASAN Xidmət” könüllülərinin səhnələşdirdiyi Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyinə həsr olunan “Kölgə” tamaşasını izləyib. 

Prezident İlham Əliyev “ASAN Park”da yaradılan şəraitlə də tanış olub. İmişli “ASAN Həyat” konsepsiyası İmişli “ASAN Xidmət” mərkəzi ilə yanaşı, ictimai iaşə obyektlərinin istifadəyə verilməsini də nəzərdə tutur. 

Diqqətə çatdırılıb ki, regionlarda 10 səyyar “ASAN Xidmət” avtobusu və səyyar “ASAN Qatar” vasitəsilə vətəndaşlara xidmətlərin göstərilməsi davam etdirilir. 2013-cü ilin iyun ayından etibarən təqribən 1 milyon 500 mindən çox vətəndaşa səyyar formada xidmət göstərilib.

13.38

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 22-də İmişli rayonuna səfəri çərçivəsində “ASAN Həyat” kompleksinin açılışında iştirak edib.

Oxu.Az xəbər verir ki, dövlətimizin başçısı kompleksin rəmzi açılışını bildirən lenti kəsib.

Komplekslə tanışlıq zamanı Prezident İlham Əliyevə görülən işlər barədə məlumat verilib.

Dövlətimizin başçısı İmişli “ASAN xidmət” mərkəzini işə salıb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri