23 
Okt
2018
11:43
25
58
2143
Virtual karabakh

Bakı OPEC+ sammitinin ev sahibi rolunda - ƏSAS DİVİDENDLƏR

23 Okt, 2018
11:43
2143

Bakı OPEC+ sammitinin ev sahibi rolunda - ƏSAS DİVİDENDLƏR

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

OPEC+ sammitinə 2019-cu ildə ev sahibliyi etməklə Azərbaycan bu təşkilatın iştirakçıları ilə əlaqələri yaxşılaşdıra bilər. 

Bu fikirləri Oxu.Az-a açıqlamasında rusiyalı analitik, “Delovaya Rossiya” ictimai təşkilatının eksperti Dmitri Qolubovski deyib. 

Gələn ilin ilk yarısında Bakıda OPEC+ təşkilatının monitorinq komitəsinin nazirlərinin iclası keçiriləcək. OPEC+ monitorinq komitəsinin dekabrda keçiriləcək iclasında formal qərar qəbul ediləcək və Bakı iclasının vaxtı müəyyənləşəcək. 

“İstənilən belə sammit iki hissədən ibarət olur: sənədlərin və protokolların imzalandığı rəsmi hissə və qeyri-rəsmi hissə. Əslində, ən maraqlı hissə qeyri-rəsmi görüşlərdir ki, bu hissədən əlaqələrin genişlənməsi üçün istifadə olunur”, - ekspert qeyd edib. 

Qolubovskinin fikrincə, bütün dünyada yeni layihələri maliyyələşdirən zəngin ərəb ölkələri ilə əlaqə daha maraqlı olacaq. 

“Bu münasibətlərdə BƏƏ və Qətər kifayət qədər aktivdir. Qətər - Rusiya iqtisadiyyatının nəhəng investorudur, onun suveren fondu “Rosneft” və VTB-də böyük paketlərə malikdir. İnvestisiyalar inkişaf üçün vacibdir. Bundan başqa, Azərbaycan nəqliyyat qovşağı kimi İran və Orta Asiyadan karbohidrogenlərin nəqli istiqamətdə rolunu gücləndirməlidir”, - müsahibimiz qeyd edib.

Onun sözlərinə görə, güclü ödəmə balansı olan və investisiya yatırmağa hazır olan ölkələrlə əməkdaşlığı genişləndirmək lazımdır. 

“Bor kəmərinin inkişafı üçün qonşu ölkələr olan Rusiya, İran və Qazaxıstanla qarşılıqlı fəaliyyətlər həyata keçirmək vacibdir. Bu cür fəaliyyətlər risklidir, çünki İran ABŞ-ın potensial hədəfidir”, - Qolubovski qeyd edib. 

O əlavə edib ki, uzunmüddətli perspektivdə birgə infrastruktur layihələri həmişə müsbət rol oynayır.

Ə.Ş.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri