26 
Okt
2018
09:10
264
35
8497
Virtual karabakh

Rusiyalı politoloq: ABŞ regionda Bakını seçir

26 Okt, 2018
09:10
8497

Rusiyalı politoloq: ABŞ regionda Bakını seçir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun səfəri ilə bağlı baş verənlər onu deməyə əsas verir ki, Birləşmiş Ştatlar Xəzəryanı regionda Azərbaycanı seçməkdə davam edir. 

Bu fikirləri Oxu.Az-a açıqlamasında “Kaspi-Avrasiya” beynəlxalq və ictimai-siyasi araşdırmalar mərkəzinin rəhbəri, tarix elmləri namizədi Andrey Sızranov deyib. 

Xatırladaq ki, Tramp səlahiyyətlərindən istifadə edərək, dövlət səviyyəsində ABŞ tərəfindən Azərbaycana yardım göstərilməsini məhdudlaşdıran akta 907-ci düzəlişi dayandıra bilər.

Müsahibimizin sözlərinə görə, siyasi və iqtisadi, o cümlədən enerji sahələrində əməkdaşlıq davam etdiriləcək. 

“Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın ümidləri möhkəmlənəcək. Ancaq Boltonun Cənubi Qafqaza səfəri hazırkı vəziyyətin monitorinqi xarakterini daşıyır, konkret addımlar isə gələcəkdə atılacaq”, - deyə Sızranov bildirib. 

Ə.Ş.
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri