Noy
2018
18:06
85
43
5058
Virtual karabakh

“EurasiaNet” Paşinyanın “Amerika fiaskosu” barədə

1 Noy, 2018
18:06
5058

“EurasiaNet” Paşinyanın “Amerika fiaskosu” barədə

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun Qafqaza səfəri Vaşinqtonun İranı təcrid etmək siyasətində region ölkələri olan Ermənistan, Gürcüstan və Azərbaycanın dəstəyini almağa köklənib. 

Oxu.Az xəbər verir ki, bununla bağlı “EurasiaNet” nəşri yazıb. 

Yerevanda Bolton erməni tərəfinin qəzəbinə səbəb olacaq bəzi açıqlamalar etdi. 

Ermənistanın İranla münasibətlərində xüsusi incəlik var, çünki ölkənin Azərbaycanla davam edən münaqişə səbəbindən şərqi və qərbi (Türkiyə) sərhədləri bağlıdır. Ermənistan cənub sərhədində yerləşən İrandan dünyaya çıxış yolu kimi baxır.

Müəllif qeyd edib ki, keçmişdə ABŞ Ermənistan-İran münasibətlərinə barmaqarası baxırdı, hətta Tehrana qarşı sərt sanksiyalar tətbiq edilən zaman başa düşülürdü ki, Ermənistanın başqa seçimi yoxdur. Bolton isə dedi ki, bu məsələdə ABŞ-ın səbri daşmaq üzrədir. 

O, “Azadlıq” radiosunun erməni bölməsinə müsahibəsində deyib ki, ABŞ-ın İrana təzyiqlərinin güclənməsi vəziyyətində Ermənistan-İran sərhədi “vacib məsələ” olacaq: “Biz İrana təzyiqləri davam etdirəcəyik, çünki hesab edirik ki, onların Yaxın Şərqdə və dünyadakı davranışları çox zərərlidir”. 

Bolton deyib ki, İranın Ermənistan üçün lazımlılığını anlayır, ancaq bu vəziyyətdən çıxmaq üçün Azərbaycanla münaqişə tamamilə həll olunmalıdır. 

Bolton Qarabağ münaqişəsində razılaşmanın indiki vəziyyətdə hər iki tərəf üçün vacibliyini qeyd edib.  

“Bu baş verən kimi Ermənistan-Azərbaycan sərhədi açılacaq. Düşünürəm ki, Ermənistanın Türkiyə ilə sərhədini də eyni aqibət gözləyir”, - Bolton bildirib. 

“Con Bolton və ya başqası mənim adımdan danışa bilməz”, - baş nazir Nikol Paşinyan Boltonun səfərindən sonra keçirdiyi mətbuat konfransında deyib .- Onların məntiqi ilə, Qarabağ məsələsi nəzarətdədir. İndi onlar mənim fikrimi soruşmadan bunda məni əmin etmək istəyirlər”.

Boltonun Qarabağ münaqişəsi ilə bağlı cəhdi istefaya getməyə hazırlaşan ABŞ-ın Yerevandakı səfiri Riçard Millsin qalmaqallı müsahibəsindən bir həftə sonraya təsadüf edir. Mills çox az sayda erməninin Qarabağ məsələsində Azərbaycana güzəştə getməyə hazır olmasını “narahatedici” adlandırıb. 

“Acı həqiqət ondan ibarətdir ki, istənilən qərar işğal olunmuş ərazilərin hər hansı hissəsinin qaytarılmasına səbəb olacaq”, - Mills bildirib.

Bolton və Millsin bəyanatları Yerevanda hakim olan fikri daha da gücləndirir, Paşinyanın Qərb istiqamətində atdığı sınaq addımlarını Avropa qəti şəkildə rədd edir. 

“Təhlükəli və uğursuz Ermənistan-Türkiyə protokollarında belə ABŞ Ermənistana indiki kimi təzyiq göstərmir və Amerikanın regiondakı prioritetlərinin arxasınca getməyə vadar etmirdi”, - “Asbarez” saytının şərhində bildirilib. 

Bu vəziyyətdən köhnə rejim nümayəndələri dərhal istifadə etdilər. Özünün “Facebook” hesabında sabiq müdafiə naziri Viqen Sarqsyan Paşinyanın “Amerika fiaskosunu” tənqid etdi və dedi ki, Bolton nəinki Ermənistanın sərhədlərinin blokadası ilə bağlı Azərbaycan mövqeyinin təkrarladı, hətta türklərin də sərhədləri bağlamasına haqq qazandırdı. 

Regionda olan zaman Bolton ABŞ-ın Azərbaycan və Ermənistana silah satışı ilə bağlı qadağanın ləğv edilməsi məsələsini gündəmə gətirdi. Görünür ki, bu qərar Azərbaycanın xeyrinə olacaq, çünki Bakının Rusiya silahlarından baha olan Amerika silahları alması üçün daha çox pulu var. 

Bu təklif Boltonun Yerevan səfəri zamanı səslənib: 

“Biz hesab edirik ki, silahlarımız Rusiya silahlarından daha yaxşıdır”. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri