Noy
2018
15:58
20
317
2742
Virtual karabakh

Məmmədyarov və Mnatsakanyan yenidən görüşəcək

2 Noy, 2018
15:58
2742

Məmmədyarov və Mnatsakanyan yenidən görüşəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı və Yerevanın Dağlıq Qarabağ münaqişəsinin həllinə dair ən yüksək səviyyədə dialoqu davam etdirmək üçün prinsipial iradəsi var. 

Oxu.Az “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Popov deyib.

“Ümid edirik ki, iki ölkənin xarici işlər nazirləri növbəti ayda görüşəcək və problemin həlli üzrə başlıca məsələləri, həmçinin cari vəziyyətin inkişafına, iki ölkə rəhbəri arasında münasibətlərin necə qurulacağına dair görüləcək etimad tədbirlərini müzakirə edəcəklər. Prinsipial planda biz başa düşürük ki, yüksək səviyyədə dialoqu davam etdirmək iradəsi var”. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri