Noy
2018
11:59
51
242
1877
Virtual karabakh

Elmar Məmmədyarov: Azərbaycan Fələstinə tam dəstək göstərir

5 Noy, 2018
11:59
1877

Elmar Məmmədyarov: Azərbaycan Fələstinə tam dəstək göstərir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

BMT Təhlükəsizlik Şurasının (TŞ) qətnamələrinin yerinə yetirilməməsi bu strukturun sülh və təhlükəsizliyi təmin etmək qabiliyyətini şübhə altına salır.

Oxu.Az Report-a istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda keçirilən Fələstin dövlətinin Asiya ölkələrindəki səfirlərinin iclasında deyib.

XİN başçısı vurğulayıb ki, Azərbaycan Fələstinə, o cümlədən Yaxın Şərq münaqişəsinin həllinə tam dəstək göstərir.

E.Məmmədyarov Fələstinin BMT-nin tamhüquqlu üzvü olacağına əminliyini ifadə edib:

“Bu, artıq baş verir. Ümid edirəm ki, bir gün bu, mütləq baş verəcək. Mənim üçün bu aydın məsələdir”.

“Həmçinin, UNRWA (BMT-nin fələstinli qaçqınlara yardım göstərmək və işlərin təşkili üçün Yaxın Şərq Agentliyi) layihələri çərçivəsində də Fələstinə dəstək verməyə davam edəcəyik”, - o deyib.

XİN başçısı Azərbaycanın özünün də qonşu Ermənistan tərəfindən torpaqlarının işğalı ilə üzləşdiyinə və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməməsi ilə qarşılaşdığına görə, münaqişə çərçivəsində Fələstini dəstəklədiyini qeyd edib: 

“Məsələ də bundadır. Qətnamələr icra olunmursa, bu təşkilatın sülh və təhlükəsizliyin təmin edilməsi məsələsindəki qabiliyyəti sual doğurur. Bizim məsələmizdə qoşunların işğal olunmuş ərazilərdən çıxarılmasını açıq şəkildə ifadə edən dörd qətnamə qəbul olunub. Onlardan birincisi 1993-cü ildə qəbul edilib, lakin indiyə qədər tətbiq olunmayıb və münaqişə həll olunmamış qalır. Odur ki, Azərbaycanda hamı sizin probleminizi başa düşür”

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri