Noy
2018
18:36
210
86
5933
Virtual karabakh

Zahid Oruc: Dövlətin çiyinləri “Azərenerji”nin yükündən xilas edilməlidir

5 Noy, 2018
18:36
5933

Zahid Oruc: Dövlətin çiyinləri “Azərenerji”nin yükündən xilas edilməlidir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Millət vəkili “Azərenerji”nin fəaliyyətini tənqid edib.

Oxu.Az-ın xəbərinə görə, parlamentdə büdcə müzakirələrində çıxış edən millət vəkili Zahid Oruc bildirib ki, bu qurum artıq dövlət üçün böyük yükə çevrilib:

“Axı, bu qurum nə vaxta qədər dövlətin çiyinində oturacaq, ona yük olacaq?”

Millət vəkili bu yerdə bu ilin yayında, iyul ayın 2-si və 3-ü tarixlərində ölkənin enerji sistemində yaşanan böhrana diqqət çəkib və burada əsas məsuliyyətin “Azərenerji”nin üzərində qaldığını söyləyib:

“Həmin məsələ ilə bağlı müşavirəsində cənab prezident də ciddi iradlarını səsləndirdi, sonra müvafiq addımlar atıldı. Amma maraqlıdır ki, bu məsələyə cavabdehlik daşıyan insanlar ölkəni niyə cəmi bir stansiyasının ümidinə bağlamışdılar? Axı, biz daim fəxrlə və haqlı olaraq deyirik ki, Avropanın, dünyanın əsas enerji təhlükəsizliyi təminatçılarındanıq.

Bu, belədir və belə olanda, niyə belə bir hadisəyə yol verildi, bu işə cavabdehlik daşıyanlar bununla nə demək istəyirdilər? Hesab edirəm ki, bunlar öz aydınlığını tapmalıdır və ölkənin, dövlətin çiyinləri “Azərenerji”nin yükündən xilas edilməlidir”.

Kamil HƏMZƏOĞLU
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri