Noy
2018
15:57
162
27
3732
Virtual karabakh

Çavuşoğlu Qarabağ münaqişəsi barədə

5 Noy, 2018
15:57
3732

Çavuşoğlu Qarabağ münaqişəsi barədə

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dağlıq Qarabağ, Cənubi Osetiya və Abxaziya münaqişələri, Krım məsələsi və Kipr problemi - bunlar hamısı öz həllini gözləyir. Türkiyə bu problemlərin sülh yolu ilə həllinin tərəfdarıdır. 

Oxu.Az “Anadolu” agentliyinə istinadla xəbər verir ki, bu fikirləri Tokioda keçirilən “Türkiyənin xarici siyasəti və Yaxın Şərqdəki vəziyyət” mövzusundakı konfransda çıxış edən Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. 

“Türkiyə çətin regionda yerləşir. Buna baxmayaraq, biz Türkiyənin iqtisadi inkişafını və stabilliyini təmin edə bilmişik”, - Çavuşoğlu bildirib. 

Nazirin sözlərinə görə, dünya ciddi transformasiyalar dövrünü yaşayır.

“Dünya arenasında bugünkü vəziyyəti keçid dövrü kimi xarakterizə etmək olar. İkinci Dünya Müharibəsindən sonra dünya iki cəbhəyə bölünüb. Bu gün də belədir. Bir tərəfdə bu, qüvvələrin səmərəli bölüşdürülməsi uğrunda mübarizə aparan təşkilat və ölkələrdir, digər tərəfdə isə dünyanın yeganə idarəetmə mərkəzi olmaq istəyən Amerikadır”, - Çavuşoğlu qeyd edib.

O əlavə edib ki, bu qüvvələr arasında mübarizə iqtisadi və ticarət müharibələrinə, sanksiyalar və digər mənfi nəticələrə gətirib-çıxarır. 

“Hazırda dünyada 70 milyona yaxın qaçqın var, humanitar böhran, kasıblıq, radikalizm təhlükəsi mövcuddur”, - Çavuşoğlu deyib. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri