Noy
2018
09:21
328
19
2360
Virtual karabakh

Belçika XİN: Dağlıq Qarabağ Azərbaycanın ərazisidir

7 Noy, 2018
09:21
2360

Belçika XİN: Dağlıq Qarabağ Azərbaycanın ərazisidir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dağlıq Qarabağa səfər edən Jan-Jak Flao (Jean-Jacques Flahaux) Belçika Parlamentinin üzvü olsa belə, Belçika dövlətini təmsil etmir.

Oxu.Az xəbər verir ki, bunu Report-a Belçika Xarici İşlər Nazirliyindən (XİN) bildiriblər.

Bildirilib ki, Belçika dövləti üçün Dağlıq Qarabağ Azərbaycan Respublikasının ərazisidir. 1994-cü ildə atəşkəs əldə edildikdən etibarən özünü birtərəfli surətdə müstəqil elan etmiş bu ərazi beynəlxalq ictimaiyyət tərəfindən tanınmayıb:

“Bu dövrdən etibarən Belçika münaqişənin hər iki tərəfin razılığı əsasında sülh yolu ilə həlli üçün Minsk qrupunun səylərini dəstəkləyir”.

Xatırladaq ki, bu il oktyabrın 30-da Belçika Federal Parlamentinin üzvü, İslahatçılar Hərəkatı Partiyasının beynəlxalq əlaqələr üzrə sədri Jan Jak Flao və onun müavini Culi Szmay Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə qanunsuz səfər ediblər.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri