14 
Noy
2018
17:30
54
158
18830
Virtual karabakh

Parlamentdə qalmaqal

14 Noy, 2018
17:30
18830

Parlamentdə qalmaqal

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Vitse-spiker Valeh Ələsgərovla deputat Fəzail Ağamalı arasında qalmaqal yaranıb. 

Oxu.Az xəbər verir ki, buna səbəb vitse- spikerin millət vəkilini çıxışında səsləndirdiyi fikirlərə ironik tərzdə cavab verməsi  olub:

“Burada hamı deyir ki, uşaq puluna və digər məsələlərə pul ayrılsın. Mən də istəyirəm ki, bu, olsun. Amma mənbə haradadır, mənbəni göstərin, hesablayın, hökumətə verin və bu məbləğ də büdcəyə daxil olsun”.

Bu zaman zaldan Fəzail Ağamalının etirazı eşidilib. O bildirib ki, az öncəki çıxışında adını çəkdiyi sabiq məmurların əmlaklarını hərraca çıxarmaqla, əldə olunan pulla mənbə yaratmaq mümkündür.

Mübahisəyə müdaxilə edən spiker Oqtay Əsədov isə deputatı səbirli olmağa çağırıb:

“Sən dedin biz də eşitdik, eşitməyi bacarın da”.

Kamil HƏMZƏOĞLU
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri