16 
Noy
2018
10:53
13
96
1869
Virtual karabakh

Büdcə zərfi gələn həftə ikinci oxunuşda müzakirə olunacaq

16 Noy, 2018
10:53
1869

Büdcə zərfi gələn həftə ikinci oxunuşda müzakirə olunacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2019-cu ilin büdcə zərfinə daxil olan qanun layihələrinin parlament komitələrində ikinci oxunuşda müzakirələri gələn həftə, ayın 19, 20 və 21-i tarixlərində keçiriləcək.

Oxu.Az-ın xəbərinə görə, üç günlük komitə iclaslarında birinci oxunuşdan sonra büdcə zərfində aparılan dəyişikliklər, yeniliklərlə bağlı millət vəkillərinə məlumat veriləcək.

İclaslarda bir sıra nazirlərin, dövlət qurumları rəhbərlərinin, o cümlədən, maliyyə naziri Samir Şərifovun iştirakı nəzərdə tutulur.

Komitə iclaslarında millət vəkilləri ikinci oxunuşda büdcə zərfinə münasibət bildirəcəklər və sonda isə onu ayın 23-də keçiriləcək plenar iclasa tövsiyə edəcəklər.

Noyabrın 30-da isə büdcə zərfi bütövlükdə qəbul olunacaq və imzalanmaq üçün dövlət başçısına göndəriləcək.

Kamil HƏMZƏOĞLU
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri