17 
Noy
2018
09:07
27
155
10675
Virtual karabakh

Rəsmi Parisdən Bakının etirazına cavab

17 Noy, 2018
09:07
10675

Rəsmi Parisdən Bakının etirazına cavab

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fransa Dağlıq Qarabağ separatçı rejimini tanımır və özlərini onun rəhbərləri kimi təqdim edən şəxslərlə heç bir əlaqə saxlamır.

Oxu.Az-ın RİA Novosti-yə istinadən məlumatına görə, bu barədə Fransa XİN nümayəndəsi rəsmi Bakının separatçı rejimin “rəhbəri” Bako Saakyanın Fransaya səfərinə etirazı ilə bağlı sualına cavab verərkən deyib.

“Fransa qondarma Dağlıq Qarabağ rejimini tanımır. Rəsmi Paris özünü onun başçısı hesab edənlərlə heç bir əlaqə saxlamır. ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi kimi, Fransa münaqişənin sülh yolu ilə həll edilməsinə səy göstərir və öz missiyasını ədalətlə yerinə yetirir”, - qurumun nümayəndəsi deyib.

Xatırladaq ki, bundan əvvəl Azərbaycan XİN separatçı rejimin “rəhbəri”nin Fransaya səfərini qəti şəkildə qınamışdı.

“Fransa tərəfindən davamlı əsasda yürüdülən və ikili standartlara əsaslanan yanaşma Azərbaycanı Fransa ilə əlaqələri nəzərdən keçirməyə vadar edir”, - deyə XİN-nin məlumatında bildirilmişdi. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri