17 
Noy
2018
13:45
296
37
5331
Virtual karabakh

Azərbaycan Fransaya etiraz notası verdi

17 Noy, 2018
13:45
5331

Azərbaycan Fransaya etiraz notası verdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Fransa kimi bir ölkənin- BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvü və Minsk qrupunun həmsədr qismində çıxış edən bir ölkənin işğalçı dövlətin və işgalçı rejimin nümayəndəsinə səfər etmək imkanını və bu səfər çərçivəsində müəyyən görüşlərin təşkilinə şərait yaratmasını bir növ işğalçı rejimin təşviqinə xidmət edən bir addım kimi qiymətləndirir.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva Dağlıq Qarabağdakı separatçı rejimin başçısı Bako Saakyanın Fransaya səfərinə münasibət bildirərkən deyib.

L.Abdullayeva qeyd edib ki, Fransanın bu addımı onun obyektivliyini və qərəzsizliyini ciddi şübhə altına alır. 

“Fransanın bu addımı ilə əlaqədar Azərbaycanın Parisdəki səfirliyi tərəfindən Fransa Xarici İşlər Nazirliyinə etiraz notası təqdim olunub”, - deyə XİN nümayəndəsi vurğulayıb. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri