27 
Noy
2018
11:31
298
15
10765
Virtual karabakh

Azərbaycan Yerevanda medaldan imtina etdi

27 Noy, 2018
11:31
10765

Azərbaycan Yerevanda medaldan imtina etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qara Dəniz İqtisadi Əməkdaşlığı Parlament Məclisinin Baş Assambleyasının bu gün Yerevanda açılan 52-ci iclasında dörd nümayəndə heyəti yubiley medallarından imtina edib.

Oxu.Az Ermənistan mətbuatına istinadən xəbər verir ki, Ermənistan parlamentinin spikeri Ara Babloyanın çıxışından sonra təşkilatın 25 illiyi ilə əlaqədar bütün milli nümayəndə heyətlərinin medalla təltif edilməsi elan olunsa da, Azərbaycan, Türkiyə, Gürcüstan və Ukrayna nümayəndə heyətləri medallardan imtina ediblər. 

Bununla əlaqədar Ara Babloyan xatırladıb ki, mükafat təkcə nümayəndə heyətinin başçılarına deyil, həmçinin üzvlərinə şamil edilir. 

Qara Dəniz İqtisadi Əməkdaşlığı Parlament Məclisinin baş katibi Asəf Hacıyev bildirib ki, bundan faciə düzəltmək lazım deyil, üstəlik, türk nümayəndə heyətinin rəhbəri hələlik təsdiqlənməyib. 

Qeyd edək ki, iclasda Azərbaycan nümayəndə heyətinə deputat Eldar Quliyev başçılıq edir. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri