30 
Noy
2018
13:01
56
27
4739
Virtual karabakh

Parlamentdə “babalar və nəvələr” problemi

30 Noy, 2018
13:01
4739

Parlamentdə “babalar və nəvələr” problemi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Parlamentdə Vergilər Məcəlləsinə edilən dəyişikliklərin müzakirəsində bir sıra maraqlı təkliflər səsləndirilib.

Oxu.Az-ın məlumatına görə, iclasda çıxış edən deputat Əli Məsimli yeni dəyişiklikdə qeyri-neft sektoru və qeyri-dövlət sektoruna aid olan sahələrin yeddi il müddətinə vergidən azad ediləcəyini qeyd edib:

“Burada qeyri-dövlət sektorunun hansı sahələri əhatə etdiyini araşdırmağa və sərhədləri müəyyən etməyə ehtiyac var. İnsanlar bununla bağlı bizə müraciətlər edirlər. Cavab da verilib ki, bu sərhədləri Nazirlər Kabineti müəyyənləşdirəcək. Xahiş edirəm ki, Nazirlər Kabineti bu sərhədlərin müəyyənləşməsi ilə bağlı tez qərar qəbul etsin ki, qeyri-müəyyənlik qalmasın”.

Deputat Fazil Mustafa çıxışında qeyd edib ki, Bakının yükünün azaldılması üçün ikinci böyük şəhərimiz olan Gəncədə Bakı Dövlət Universiteti kimi yeni bir universitet açılmalıdır:

“Sahibkarlara da imkan yaradılmalıdır ki, onlar iş yerlərini ikinci böyük şəhərdə açmağa maraqlı  olsunlar. İndi prezident tərəfindən ora insanların problemləri olanda onların ayağına gedən və sahibkarları mütəmadi qəbul edən yeni başçı təyin edilib. Bu baxımdan, ikinci böyük şəhərimizi inkişaf etdirməyə ehtiyac var”.

Deputat Çingiz Qənizadə nəvələrin və babaların Vergilər Məcəlləsində ailə üzvləri sırasına daxil edilməməsinə etiraz edib:

“Bu məsələ hüquq sistemində də problem yaradır. Çox vaxt notariuslar şikayət edir ki, bu, Vergilər Məcəlləsindəki boşluqla əlaqədardır. Necə olur ki, ögey bacı- qardaş ailə üzvü sayılır, amma bir yerdə yaşayan baba və nəvələr ailə üzvü sayılmır?  Xahiş edirəm ki, yeni məcəllədə bu məsələ nəzərə alınsın” .

Spiker Oqtay Əsədov sözügedən Məcəlləyə dəyişikliklərin inqilabi xarakterli olduğunu bildirib və deputatları indidən onu yükləməməyə çağırıb.

Vergilər naziri Mikayıl Cabbarov isə Ç.Qənizadəyə cavab olaraq bildirib ki, bu məsələyə İşçi qrupu səviyyəsində baxıla bilər:

“Amma əslində, bu məsələdə problem yoxdur. Onlar da məntiqlə ailə üzvləri hesab olunur”.

Kamil HƏMZƏOĞLU
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri