Dek
2018
14:33
13
56
2449
Virtual karabakh

XİN-dən “Lazarev klubu”na etiraz

5 Dek, 2018
14:33
2449

XİN-dən “Lazarev klubu”na etiraz

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan  Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti Yerevanda keçirilmiş Rusiya-Ermənistan “Lazarev klubu”nun ilk iclası ilə bağlı açıqlama yayıb.

Oxu.Az-ın məlumatına görə, açıqlamada deyilir ki, Ermənistan və Rusiya KİV-ləri bu ilin 30 noyabr – 1 dekabr tarixlərində Yerevanda keçirilmiş Rusiya-Ermənistan “Lazarev klubunun” birinci iclası barədə məlumatlar veriblər.

“Özünü ictimai diplomatiyanın yeni formatı qismində təqdim edən bu klubun əsas təşəbbüskarlarından və təşkilatçılarından biri, hazırda Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının yeddinci çağırışında MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr üzrə Komitə sədrinin birinci müavini vəzifəsini tutan Konstantin Zatulindir.

Təşkilatçılar tərəfindən Ermənistan Respublikasının işğal etdiyi Azərbaycan Respublikasının ərazilərində yaradılmış qanunsuz rejimin nümayəndələrinin iclasa dəvət olunması, həmçinin iclas zamanı K.Zatulinin özü, eləcə də Rusiya XİN-in Veteranlar Şurasının keçmiş sədri, fövqəladə və səlahiyyətli səfir ranqı olan Vladimir Kazimirov, K.Zatulinin rəhbərlik etdiyi MDB ölkələrinin institutunun direktor müavini Vladimir Yevseyev və digər şəxslər tərəfindən səsləndirilən və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə qarşı açıq hücum xarakteri daşıyan fikirlər Azərbaycan və Rusiya arasında mövcud olan yüksək səviyyəli münasibətlərə xələl gətirmək məqsədi güdür”, - deyə qeyd olunan açıqlamada sonra bildirilir ki,  bundan əlavə, K.Zatulinin səsləndirdikləri MDB çərçivəsində əməkdaşlığın inkişafı maraqlarına qarşı gələrək, onun Dövlət Dumasının müvafiq komitə rəhbərinin birinci müavini statusuna uyğun gəlmir.

Həmçinin, qeyd edilir ki, V.Yevseyevin açıqlaması isə tamamilə cəfəngiyyatdır və MDB çərçivəsində əməkdaşlıq ruhuna zərbədir. 

“Nəhayət, “Lazerev klubu”nun ümumi tonu Rusiya Federasiyası da daxil olmaqla, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesinin irəli aparılması səyləri ilə ziddiyyət təşkil edir”, - deyə sonda qeyd olunur.

Kamil HƏMZƏOĞLU
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri