Dek
2018
16:00
214
40
2635
Virtual karabakh

İranlı ekspert Azərbaycan, İran və Türkiyəni əməkdaşlığa çağırır

5 Dek, 2018
16:00
2635

İranlı ekspert Azərbaycan, İran və Türkiyəni əməkdaşlığa çağırır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ərazi baxımından özündə Azərbaycanı və bütün Cənubi Qafqazı birləşdirən Böyük Yaxın Şərq planetin ən qaynar nöqtələrindən biridir. Bu ərazi haqda hər şeyin pis olması, insanların qorxu içərisində və gərginlikdə yaşaması kimi bəzi stereotiplər mövcuddur. Bu, xüsusilə Suriya və İraqla həmsərhəd olan bölgələrə aid edilir. Bəs bu, həqiqətənmi, belədir?

Bu günlərdə tanınmış iranlı təhlilçi, Tehranın Şahid Beheşti adına Universitetinin əməkdaşı Yaxın Şərqə səfər edib, Livanda və Türkiyədə olub.

Oxu.Az xəbər verir ki, Xəmidreza Əzizi Media.Az-la söhbətində öz təəssüratlarını bölüşüb.

“Regionda həyat öz axarı ilə davam edir. Əlbəttə, problemlər mövcuddur, lakin insanlar onları həll etməyi öyrəniblər. Ciddi dəyişikliklər görmədim. Lakin insanlığa gəldikdə, Avropa ilə müqayisədə, Livanda və Türkiyədə insanlar daha istiqanlı və dostsevərdirlər. Az ehtimal ki, bu təsadüfdür. Nəhayət, Yaxın Şərq həmişə sivilizasiyanın və qlobal əlaqələrin mərkəzi olub”, - deyə Həmidreza Əzizi bildirib.  

- Bəs hərbi-siyası durum haqqında danışsaq? Siz İranda yaşayırsınız, Livanda və Türkiyədə olmusunuz. Hal-hazırda nələr baş verir və vəziyyətin kəskinləşəcəyi gözlənilirmi?

- Açığını desək, hal-hazırda Suriya problemi regionun ən vacib problemi olaraq qalır. Suriyadakı böhran Yaxın Şərqin bir çox ölkəsinə təsir edir.

Suriyalı qaçqınların öz yurdlarına qayıtması imkanı baxımından Livan üçün böhranın siyasi yolla həll edilməsi çox vacibdir. Qaçqın məsələsi Türkiyənin yaralı yeridir. Bundan başqa, Ankara Suriyadakı kürd problemi səbəbindən də narahatdır.

Lakin bölgəyə səfər etdikdən sonra əminliklə deyə bilərəm ki, bütün tərəflər Suriyadakı durumla bağlı mümkün təhlükənin ciddiliyi barədə xəbərdardırlar. Və bütün tərəflər bu münaqişənin siyasi yolla həlli üzərində çalışmağa hazırdırlar.

Bundan əlavə, Astana formatından başqa (bu format çərçivəsində Suriya münaqişəsinin həlli üzrə danışıqlar aparılır – red.), Livan kimi bölgədəki digər güclər Suriya böhranını aradan qaldırmaq üçün səylərini birləşdirməyə çalışırlar.

- Regionun problemlərinin həll olunmamasında günahkar kimdir?

- Fikrimcə, bütün məsələ transregional qüvvələrin mövcudluğundadır. Məhz bu, bir çox məsələlərin həll olunmasına mane olan başlıca problemdir. Misal üçün, Suriyanı götürək. ABŞ qüvvələrinin ölkənin şərq hissəsində yerləşməsi İran və Türkiyənin ciddi narahatlığına səbəb olur.

Yəməni də nümunə göstərmək olar. Əgər ABŞ və Böyük Britaniya Səudiyyə Ərəbistanının hərbi kampaniyasına dəstək verməsəydi, münaqişə çoxdan başa çatmışdı.

- Regiondakı mümkün ola biləcək təhlükələri minimuma endirmək üçün bizim ölkələr – Azərbaycan, İran və Türkiyə hansı mövqeyə sahib olmalıdırlar?

- Müəyyən məsələlərdəki fikir ayrılıqlarına baxmayaraq, İran, Türkiyə və Azərbaycanın çoxlu ortaq marağı var. Bizim ölkələrin təhlükəsizliyi bir-biri ilə əlaqələdir. Hər kəs yaxşı anlayır ki, ölkələrimizdən hər hansı birində təhlükəsizlik vəziyyəti pisləşərsə, bu, digər qonşu ölkələrə də zərər yetirəcək.  

Buna görə də ən yaxşı variant kimi transregional qüvvələr tərəfdən dəstək axtarışı deyil, ümumi maraqların dəstəklənməsi, regional əməkdaşlıq olmalıdır. Regional təhlükəsizlik xaricdən müdaxilə ilə deyil, məhz regiondaxili əməkdaşlıq sayəsində təmin oluna bilər.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri