Dek
2018
12:11
199
28
2065
Virtual karabakh

Azərbaycan terrorizm təhlükəsinin yoxluğu üzrə regionun lideridir

7 Dek, 2018
12:11
2065

Azərbaycan terrorizm təhlükəsinin yoxluğu üzrə regionun lideridir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İqtisadiyyat və Sülh İnstitutunun “Qlobal terrorizm indeksi” adlı yeni hesabatında Azərbaycan öz mövqeyini üç pillə yaxşılaşdıraraq 98-ci yerə yüksəlib.  

Oxu.Az-ın verdiyi məlumata əsasən, “Qlobal terrorizm indeksi” ölkədə terrorizmin təsirini əks etdirir və müxtəlif sosial-iqtisadi amillərin və radikal axınların yaranması üzrə geosiyasi amillərin təhlili əsasında tərtib edilir.

Bu reytinqdə ilk yerləri terrorçuların və terrorizm təhlükəsinin yüksək olduğu ölkələr, son yerləri isə bu baxımdan ən təhlükəsiz ölkələr tutur. Azərbaycan 138 ölkə arasında 98-ci yeri tutur ki, bu da, demək olar ki, terrorizm təhlükəsinin tamamilə olmaması anlamına gəlir.

Beləliklə, Azərbaycan bu göstərici üzrə regionun lideridir. Qonşu ölkələrdən Ermənistan 83-cü, Gürcüstan isə 89-cu yeri tutur.

Reytinqdə dünya üzrə “ilk” üç pilləni İraq, Əfqanıstan və Nigeriya tutur, Rusiya 34-cü, ABŞ 20-ci, Almaniya 39-cu, Fransa isə 30-cu pillədə qərarlaşıb.

Ukrayna siyahıda 21-ci yeri tutur, Tacikistan 74-cü yerdə, Qazaxıstan 75-ci, Qırğızıstan 80-ci, Moldova 116-cı, Özbəkistan 132-ci, Türkmənistan və Belarus isə 138-ci yerdədirlər.

Hesabatın müəllifləri qeyd edir ki, terrorçuların əlindən qətlə yetirilən insanların sayı artıq üçüncü ildir ki, azalmaqda davam edir. Bunun başlıca səbəbi İraq və Suriyada “İraq və Şam İslam Dövləti” (İŞİD) terrorçu qruplaşmasının getdikcə zəifləməsidir ki, bu bölgədə rəqəmlər hiss olunan irəliləyişin olduğunu göstərir.  

Suriyada il ərzində terrorçular tərəfindən qətlə yetirilən insanların sayı, demək olar ki, iki dəfə azalıb - 2017-c ildə terror qurbanlarının sayı 1100 nəfər olub ki, bu rəqəm 2016-ci ildə 2100 nəfərə, 2015-ci ildə isə 2700 min nəfərə bərabər olub. İraqda isə 2016-cı ildə qətlə yetirilən 4500 nəfərlə müqayisədə, 2017-ci ildə bu rəqəm 9800 nəfərə bərabər olub.

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri