Dek
2018
12:37
5
97
2296
Virtual karabakh

Milli Məclisdə Parlament-100 və “Lazarev klubu” müzakirəsi

7 Dek, 2018
12:37
2296

Milli Məclisdə Parlament-100 və “Lazarev klubu” müzakirəsi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Milli Məclisin (MM) növbəti plenar iclası öz işinə başlayıb. 

Oxu.Az xəbər verir ki, parlamentin spikeri Oqtay Əsədov öncə dekabrın 7-nin Azərbaycan Parlametinin ilk iclasının keçirildiyi gün olduğunu xatırladıb və bu münasibətlə millət vəkillərini təbrik edib.

Daha sonra deputat, Azərbaycan- Rusiya parlamentlərarası əlaqələr üzrə İşçi Qrupunun rəhbəri Əli Hüseynli çıxış edərək qeyd edib ki, bu günlərdə Yerevan şəhərində ermənipərəst deputat Konstantin Zatulinin təşəbbüsü ilə “Lazarev klubu”  yaradılıb:

“Son dövrlərdə Rusiyanın siyasi elitasını təmsil edən bir sıra adamlar Azərbaycanda səfərdə olublar. Onlarla Rusiya-Azərbaycan əlaqələri, o cümlədən də Qarabağ münaqişə ilə bağlı bir sıra müsbət fikirlər səsələndiriliblər. İndi isə  yaradılan bu qrup görülən işlərə, obyektiv yanaşmalara uğursuz cavab  cəhdidir.

Hətta erməni saytları da yazır ki, bu, ağrıkəsici yox, ağrıartırıcı təşəbbüsdür. Bu, hətta reallıqda soyuq olan Ermənistan-Rusiya münasibətlərinə “pozitiv” ruh verməkdən başqa bir deyil. Mən spiker olaraq sizdən xahiş edirəm ki, sizin səviyyənizdə Rusiya Dumasına məktub göndərilsin”.

Spiker Oqtay Əsədov cavab olaraq artıq Rusiya Dumasının sədri Vyaçeslav Volodinə bununla bağlı məktub yazdığını və etiraz etdiyini bildirib:

“Onun fikirləri Azərbaycan-Rusiya münasibətlərinə təsir edə bilməz”.

Deputat Fazil Mustafa öz növbəsində Cümhuriyyət qurucularının xatirəsini bir dəqiqəlik sükutla yad etməyi xahiş edib. Eyni zamanda təklif edib ki, Cümhuriyyətlə bağlı yubiley medalı hansı deputatlara veriləcəksə, bu gün təntənəli şəkildə bu iclasda baş tutsun:

“Təklif edirəm ki, bu mükafat Cümhuriyyət qurucularının varislərinə, İstiqlal Bəyannaməsinə imza atan deputatlara təqdim edilsin. Rəsulzadənin nəvəsi Azərbaycanın tanınmış rəssamıdır. Ona da bu medal verilsin. Hansı ki, Rais Rəsulzadənin səhhəti ilə bağlı dövlət başçısı səviyyəsində diqqət göstərildi”.

Millət vəkillərindən Bəxtiyar Əliyev Zahid Oruc da Zatulinin addımlarına, “Lazarev klubu”na sərt etirazlarını bildiriblər və əlavə ediblər ki, həmin klubdakılarla bağlı Rusiya tərəfindən sərt ölçülər götürülməlidir.

Kamil HƏMZƏOĞLU
www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri