Dek
2018
16:04
12
237
4659
Virtual karabakh

Deputat: Zatulin Dağlıq Qarabağa Koçaryanla bir helikopterdə gəlib

7 Dek, 2018
16:04
4659

Deputat: Zatulin Dağlıq Qarabağa Koçaryanla bir helikopterdə gəlib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Rusiya-Azərbaycan münasibətləri yüksələn istiqamətdə, strateji tərəfdaşlıq səviyyəsində inkişaf edir, ölkə prezidentlərinin mütəmadi qarşılıqlı səfərləri, görüşləri bunu bir daha göstərir. Lakin təəssüflər olsun ki, bəzi qüvvələr Rusiya-Azərbaycan münasibətlərinə təsir göstərməyə çalışırlar.

Oxu.Az xəbər verir ki, bunu Milli Məclisin deputatı Bəxtiyar Əliyev parlamentin bu gün keçirilən iclasında Rusiya Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr üzrə Komitə sədrinin birinci müavini Konstantin Zatulinin Yerevanda keçirilmiş Rusiya-Ermənistan “Lazarev klubu”nun ilk iclasında səsləndirilən fikirlərinə münasibət bildirərkən deyib.

B.Əliyev bildirib ki, “Lazarev klubu”nda bir dəstə ermənini Moskvadan Yerevana gətirərək, ora Robert Koçaryanı və tanınmayan bir separatçı rejimin rəhbəri olan Bako Saakyanı dəvət edərək hər hansı bir görüntü yaratmağa cəhd edən Zatulin qeyd edir ki, ilk dəfə 1994-cü ildə Dağlıq Qarabağa Koçaryanla bir helikopterdə gəlib:

“Təsəvvür edin ki, bu adam ağır cinayətlərdə iştirak etmiş şəxslə Dağlıq Qarabağa gəlir və bu gün bəyan edir ki, Dağlıq Qarabağ ətrafındakı rayonları Azərbaycana qaytarmaq olmaz, Ermənistan yalnız Dağlıq Qarabağın müstəqilliyi uğrunda mübarizə aparmalıdır və bununla da o, Düşənbədə əldə olunmuş və Rusiya prezidentinin təşəbbüsü ilə aparılan işlərə kölgə salmağa cəhd edir”.

B.Əliyev qeyd edib ki, K.Zatulin bu ilin yazında Yerevanda Paşinyana qarşı şüarlarla çıxış edib, indi isə guya Rusiya-Ermənistan münasibətlərini düzəltməyə çalışır:

“Bu gün Ermənistanda 3-4 min rus millətindən olan insan qalıb, halbuki Ermənistanda 100 mindən artıq rus yaşayıb. Onlar hamısı çıxıb gedib, qalanlar isə iş adamlarıdır. Reallıq bundan ibarətdir ki, bu gün Ermənistanda siyasi rejim dəyişir və bu fürsətdən istifadə edərək Zatulin və onun kimi hər zaman qaranlıqda nədənsə yaralanmaq istəyənlər yenə də öz məqsədlərini güdürlər”.

Deputat vurğulayıb ki, bu cür hərəkətlərə Rusiya tərəfindən də münasibət bildirilməlidir:

“Biz tələb etməliyik ki, Zatulinin hərəkətlərinə lazımi siyasi qiymət verilsin”.

Kamil HƏMZƏOĞLU
www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri